2001 PLANI: Qərb İrana hücuma hazırlaşır? - ŞƏRH

2001 PLANI: Qərb İrana hücuma hazırlaşır? - ŞƏRHTerrorizmə qarşı qlobal savaş (Global War on Terrorism-GWOT), beynəlxalq terrorizmlə mübarizə kimi terminlər 11 sentyabr 2001-ci il terror hadisələrindən sonra siyasi leksikonda geniş istifadə olunmağa başlayıb.
KONKRET.az xəbər verir ki, 2001-dən sonra ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya terrorla mübarizə adı ilə Əfqanistan ərazisinə daxil olub. İraqdakı savaşı da buna aid etmək olar. Ümumiyyətlə, Yaxın Şərqdəki terror stabilliyi antiterrorla pozulub. Son illərin ən yaddaqalan antiterror əməliyyatları isə İŞİD-ə qarşı aparılıb. Terrorla mübarizə termini XIX əsrin sonlarından etibarən istifadə olunmağa başlasa da, beynəlxalq terrorizmə qarşı geniş savaş 2001-də start götürüb.
Corc Buş: "Bizim terrorla müharibəmiz Əl-Qaidə ilə başlasa da, bununla bitməyəcək. Son terror təşkilatı aşkarlanıb məhv olunana kimi mübarizə dayanmayacaq".
Vaşinqtonda terror təşkilatları və terrorizmi dəstəkləyən ölkələrin (State Sponsors of Terrorism) siyahısı da mövcuddur. Məsələn Amerika 1982-ci ildə Kubanı bu siyahıya əlavə edib, 2015-ci ildə isə Obamanın təklifi ilə konqres bu ölkəni terroru dəstəkləyən ölkələrin sıralamasından çıxarıb. 2021-ci ildə ölkə bu siyahıya yenidən əlavə olunub. Ağ Ev səbəb kimi Amerikadan qaçan cinayətkarların orada gizlənməsi, kolumbiyalı inqilabçılara yardım, Nikolas Maduroya dəstəyi göstərib.
Amerikanın terroru dəstəkləyən ölkələr siyahısında İraq, Liviya, Yəmən və Sudan da olub, lakin Qərbin Səddam-Qəddafi edamları fonunda bu ölkələrdə məqsədinə çatdığı üçün sadalanan dövlətlər siyahıdan çıxarılıb.
Rusiya
2018-dən indiyə kimi Rusiyanın terroru dəstəkləyən ölkələr siyahısına daxil edilməsi müzakirə olunur. Əvvəllər buna səbəb olaraq Kremlin Talibanı maliyyələşdirdiyi deyilirdisə, hazırda Ukraynadakı savaş göstərilir.
Suriya
1979-cu ildə Suriya da siyahıya daxil edilib. Dəməşq Livan və Fələstindəki qruplaşmaları maliyyələşdirməkdə ittiham olunur.
İran
Dövlət Departamenti 1984-cü ilin 19 yanvar tarixində İranı terrora sponsorluq edən ölkələr siyahısına əlavə edib. 2012-ci il hesabatına görə, İran Yaxın Şərq və Mərkəzi Asiya ölkələrində terroru yaymaqla məşğuldur. Həmin il Hindistan, Tayland, Gürcüstan və Keniyada terrakt planlaşdırmaqda şübhəli bilinib. Suriyanı silahla təchiz edir, ASALA, HƏMAS, Hizbullah, Əl-Qaidə, Yəməndəki qruplaşmaların himayədarıdır.
Əgər ABŞ hansısa ölkənin terror sponsoru olduğunu rəsmən elan edibsə, o zaman bu, Ağ Ev rəhbərinə imkan verir ki, siyahıdakı ölkəyə əlavə sanksiyalar tətbiq olunsun. Həmçinin:
– silah alqı-satqısına məhdudiyyət və qadağa qoyulması;
– bura ikili təyinatlı mal və texnologiyalar da aiddir;
– iqtisadi yardım imtinası;
– həmin ölkənin nümayəndələri və onların ailə üzvlərini diplomatik immunitetdən məhrum etmək.
"The Daily Telegraph"ın yaydığı məlumata görə, Böyük Britaniya yaxın həftələrdə İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımağa hazırlaşır. ABŞ da 2019-cu ildən SEPAH-ı terror təşkilatı kimi tanıyır. Yəni Qərb koalisiyasına aid ölkələrin hamısı oxşar qərara qol çəksələr, İranın 2023-ü Əfqanıstanın 2001, İraqın 2003-cü ili kimi qaynar olacaq. Sadəcə, erməni terror təşkilatlarını himayə edən molla rejiminin Fransa kimi dəstəkçilərinin "hə"si yubanır deyə, Qərb koalisiyası İraqda reallaşdırdığını İranda təkrarlaya bilmir. Di gəl ki, bəhanələri yetərincədir. Məsələn İraqda nüvə yoxuydusa, İranda çoxdur. İraqda terror təşkilatı mövcud deyildisə, İranda zəvvar pərdəli terror şəbəkəsi geniş yayılıb. Qərbin indiyədək demokratiya adı ilə girdiyi dövlətlər də İrana baxmış toya getməlidir.
Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 03 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə yalnız Ukraynadakı müharibənin dayandırılmasını deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını nəzərdə tutan "Böyük sövdələşmə"

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber saytlari xeberler azerbaycan cəbhədən görüntüleri ensonxeberler