"Azərsiz bizə çox çətindir" - Həyat yoldaşı
Xəbər verdiyimiz kimi bu gün mərhum aktyor Azər Baxşəliyevin doğum günüdür. Onun xatirəsi ailəsi, dostları və sənət yoldaşları tərəfindən sevgi və ehtiramla yad edilir.
azxeber.com-a danışan aktyorun həyat yoldaşı Nigar Baxşəliyeva Azərin yoxluğunun onun üçün nə qədər ağır olduğunu dilə gətirib:
"Bu haqda danışmaq mənim üçün çox çətindir. İndi onun məzarından gəlirəm. Bütün dostları ilə birlikdə onun yanında idik. Azərsiz çox pisəm! Onsuz mənə çox çətindir. Onu o qədər sevirik ki, dostları hərə bir yolla onu hər an xatırlamağa, yad etməyə çalışır. Biri musiqi ilə, biri sözlə vəsf edərək, biri onu lentə alaraq... Hamımız daxilimizdə olan sevgi hissimizi bir yolla ona çatdırmağa çalışırıq. Hər biri çox sağ olsun," – deyə Nigar Baxşəliyeva bildirib.
Nigar xanım həmçinin onların üç yaşlı qızları Züleyxanın ata həsrətindən də danışıb:
"Züleyxa hələ çox balacadır, heç bir şeyi başa düşmür. Mən mümkün qədər onun yadına salmamağa çalışıram. Amma təsadüfən haradasa şəklini görsə, dərhal yadına düşür. Ata! deyib axtarmağa başlayır. Təbii ki, mən heç vaxt qoymayacağam ki, qızım Azəri unutsun."
Qeyd edək ki, Azər Baxşəliyev yanvar ayının 5-də 39 yaşında poli orqan yetməzliyi diaqnozu ilə yerləşdirildiyi xəstəxanada vəfat edib.
Aysel Hacızadə
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Azərbaycan məşhur yapon serialında - Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür