Bizə layiq olduğumuz qonorar verilmir' - Aktrisalar dilə gəldi
"Əgər mən aktrisa kimi layiq olduğum yaxşı maaşı alsam, toylara getmərəm".
azxeber.com xəbər verir ki, bunu aktrisa Sonaxanım Əliyeva deyib.
"Bizimləsən" verilişinə qonaq olan aktrisa, bir çox həmkarının da məhz maddi sıxıntılar səbəbilə toylara üz tutduğunu bildirib:
"Əgər mən aktrisa kimi çəkildiyim rollardan layiq olduğum yaxşı maaşı alsam, toylara getmərəm. Bunu eşitmək istəyirsiniz? Mən tək deyiləm, çox aktrisalar bu vəziyyətdədirlər. Adi ofisdə işləyən bir işçinin maaşı biz aktyorlardan çoxdur".
Onun sözlərinə dəstək verən həmkarı Mehriban Xanlarova da qonorarla bağlı açıqlama verib:
"Bundan sonra mənə də istədiyim məbləği verməsələr, heç bir rola çəkilməyəcəyəm. Bu günə qədər olub ki, çəkilmişəm, amma daha yox. Demirik ki, xarici aktyorlar kimi bizə pul verin, yox! Burada normal məbləğ nədirsə, o verilməlidir. Bu yaxınlarda bir layihəyə çəkildim, ayına min manat aldım. Dünən gələnlər amma elə bir məbləğ deyirlər ki, bəlkə də yalandır".
Aysel

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Azərbaycan məşhur yapon serialında - Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür