Valyuta bazarında kritik durum – Manat 4 il sonra ilk dəfə belə oldu

Valyuta bazarında kritik durum – Manat 4 il sonra ilk dəfə belə olduXəbər verdiyimiz kimi, avro son 4 ildə ilk dəfə 2 manat həddini keçib. Mərkəzi Bankın açıqladığı rəsmi məzənnəyə əsasən, 1 avro 2,0035 manat səviyyəsində müəyyən edilib.
Bu tendensiyanın davam edəcəyi gözlənilirmi? 4 ildən sonra yaşanan dəyişikliyin səbəbi nədir?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli deyib ki, avronun məzənnə dəyişiklikləri bir neçə amillə bağlıdır:
"Hazırda qlobal valyuta bazarında Avropa Mərkəzi Banklar Sisteminin faiz dərəcəsini artırması və sərt pul siyasəti istiqamətində gözləntilər ön plandadır. Eyni zamanda ABŞ dolları digər valyutalar qarşısında zəifləyir. Məzənnə dəyişsə də, rəqəm əhəmiyyətli dərəcədə böyük deyil. Yenə də indiki situasiyanın bəzi təsirləri mümkündür. Məsələn, bu gün xaricdə, xüsusilə Avropada təhsil alan tələbələrin xərclərində artım gözlənilir. Həmçinin Avropaya səyahət bahalaşa və oradan idxal olunan müəyyən malların qiymətləri yüksələ bilər. Bu fərq davam edərsə, Azərbaycanda da idxal tələbi və turizm xərcləri çoxalacaq".
Ekspert bildirib ki, avronun bahalaşması ölkəmizin idxal və ixrac əməliyyatlarına təsir edəcək:
"Biz Avropanın 10-dan çox ölkəsinə qaz və digər enerji resursları ixrac edirik. Azərbaycana daxil olan avronun bahalaşması büdcəmizə əlavə vəsait gətirəcək. Digər tərəfdən, tərəfdaşların valyuta ehtiyatlarının diversifikasiyası nəticəsində Mərkəzi Bank daha çox avro alacaq. Dünya bazarında avro və dolların qarşıdurması davam edərsə, avro möhkəmlənə bilər".

Sosial       Tarix: 04 iyul 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI

Azərbaycanın bank sektorunda 1 illik manat əmanətləri üzrə təklif olunan illik faiz dərəcələri açıqlanıb. KONKRET.azyenisabah-a istinadən xəbər verir ki, faizlərin müddətin sonunda götürülməsi şərti ilə en yüksək illik fai

Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. Hadisə işə gedən zaman baş verib. /

Cəbrayılda avtomobil aşıb, sürücü ölüb

Cəbrayıl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Elşən Zaur oğlu Rüstəmov idarə etdiyi "Kia" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb

Bu həftə bürcləri nələr gözləyir? - Sevgi, pul…

19–25 oktyabr tarixlərini əhatə edən yeni həftə bürclər üçün fərqli hadisələrlə yadda qala bilər. Astroloji yozumlara görə, bəzi bürcləri sevgi həyatında xoş sürprizlər, digərlərini isə iş və maliyyə sahəsində mühüm qərarla

Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Naxçıvanda zəncirvari yol qəzası olub. Hadisə şəhərin Topçubaşov küçəsində qeydə alınıb. Belə ki, "Hyundai", "Audi" və iki "Kia" markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər; 2001-ci i

Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?

"2027-ci ildə dövlət büdcəsinin xərclərinin 42,4 milyard manata çatacağı proqnozlaşdırılsa da, bu artımın əhalinin yaşayış səviyyəsinə təsiri büdcə vəsaitlərinin hansı istiqamətlərə yönəldilməsindən və iqtisadi artımı

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

Binəqədidə müşavirə keçirildi - FOTOLAR

22 oktyabr 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni  Azərbaycan Partiyasının VII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmu

Azərbaycanın 2060-cı il hədəfi üzrə strategiya təsdiqləndi

Azərbaycan Baş naziri Əli Əsədov tərəfindən "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" təsdiq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir ki, strategiya ölkəni


azerbaycan xeberleri son xeberler yeni xeberler maraqlı xəbərlər bugünki xəbərlər sonxabar xeber