2018-ci ildə törədilən oğurluğun üstü AÇILDI
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ötən illərdən bağlı qalmış oğurluq hadisələrinin açılması və cinayət əməllərini törədən şəxs və ya şəxslərin saxlanılaraq istintaqa cəlb olunması istiqamətində əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan KONKRET.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2018-ci ilin mart ayında İmişli rayon sakini İ. Əmirova məxsus yardımçı təsərrüfatdan 21 baş xırdabuynuzlu heyvanları oğurlayaraq zərərçəkmişə 3500 manata yaxın maddi ziyan vuran iki nəfər saxlanılıb.
Araşdırmalarla onların rayon sakinləri Şamil Kazımov və tanışı, əvvəl məhkum olunmuş Elbrus Muradov olduqları müəyyən edilib.
Dindirilmə zamanı hər iki şəxs dörd il əvvəl törətdikləri cinayət əməlini etiraf ediblər.
Bundan əlavə, həmin şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində məlum olub ki, E. Muradov bu ilin may ayının 25-də rayon ərazisində yerləşən mağazaların birindən qanunsuz daxil olaraq, oradan 300 manat pul və 150 manat dəyərində danışıq kartları, eləcə də bir ədəd noutbuk oğurlamaqla mağaza sahibinə 850 manat maddi ziyan vurub.
Faktlarla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Xidmetler [newsid: 0-123300]

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR