2020-ci ildə qlobal iqtisadiyyatda 4,4 faiz azalma gözlənilir
2020-ci ildə qlobal iqtisadiyyatda 4,4 faiz azalma gözlənilir
2020-ci ilin doqquz ayı ərzində qlobal iqtisadiyyatın dinamikası milli hökumətlərin karantin tədbirlərinin sərtliyinə müvafiq olaraq dəyişib.
Bu barədə Mərkəzi Bankın "Pul Siyasəti İcmalı"nda məlumat verilib.
Bildirilib ki, ilin ortasına doğru nisbətən səngiyən COVID-19 pandemiyasının, avqustdan yenidən güclənməsi ilə bir çox ölkələrdə yenidən məhdudlaşdırıcı tədbirlər bərpa edilib.
Çində bərpa prosesinin gözləniləndən daha sürətli olmasına baxmayaraq, qlobal iqtisadi aktivlik göstəricilərinin pandemiya öncəsi fəaliyyət səviyyələrinə qayıtması çox ləng gedir. Ümumilikdə dövr ərzində qlobal iqtisadiyyatda qeyri-müəyyənliklər yüksək olaraq qalıb, karantin tədbirləri istehlak və investisiyaları azaltmaqla istehsala və ticarətə mənfi təsir göstərib.
2020-ci ilin ötən dövründə pandemiya nəticəsində qlobal iqtisadiyyatda aktivlik azalıb.
Dünya iqtisadiyyatında 62 faizdən çox paya malik İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələri üzrə Biznes İnam İndeksi II rübdəki kəskin enişin ardınca III rübdə ilin əvvəlindəki səviyyəyə qayıtsa da, İstehlakçı İnam İndeksi III rübdə bir qədər yüksəlməsinə baxmayaraq hələ də ilin əvvəlindəki səviyyədən çox aşağıdır.
Müşahidə edilən meyilləri nəzərə alaraq beynəlxalq maliyyə-kredit təşkilatları qlobal iqtisadi aktivliklə bağlı proqnozlarını müxtəlif istiqamətlərdə təshih edirlər. Beynəlxalq Valyuta Fondu oktyabrda dünya iqtisadiyyatının dinamikası ilə bağlı proqnozu yaxşılaşdırmaq istiqamətində təshih edib. "Qlobal İqtisadi İcmal" hesabatı ilə açıqlanan yeni proqnoza görə 2020-ci ildə qlobal iqtisadiyyatda 4,4 faiz azalma gözlənilir.
Müsbət təshihin səbəbi III rübün əvvəlində COVID-19 pandemiyası ilə əlaqədar məhdudiyyət tədbirlərinin tədricən aradan qaldırılması və ilin sonuna doğru bərpa prosesinin sürətlənəcəyi gözləntisi idi.
Nigar Məmmədova /oxu.az

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR