2023-cü ildə dünyasını dəyişən məşhurlarımız - SİYAHI

2023-cü ildə dünyasını dəyişən məşhurlarımız - SİYAHI2023-cü ili yola salmağımıza sayılı günlər qalıb. Bu ildə Azərbaycanın ictimai-siyasi, eləcə də mədəniyyət sahəsində xeyli uğurlar qazanıldı. Bununla belə itirdiyimiz məşhurlar da oldu.
KONKRET.az musavat.com-a istinadən onlardan bir neçəsini təqdim edir:
Ramiz Məlik
2023-cü ildə dünyasını dəyişən məşhurlarımız - SİYAHIİki gün öncə, dekabrın 14-də Azərbaycan mədəniyyətinə ağır itki üz verdi. Görkəmli teatr və kino aktyoru, Xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli Ramiz Məlik 80 yaşında vəfat etdi. Qeyd edək ki, Ramiz Məlik həm teatr, həm də kino sahəsində yaratdığı müxtəlif obrazları ilə yadda qalıb. Aktyor "O qızı tapın", "Qatır Məmməd", "Sevinc buxtası", "Babək", "Qəm pəncərəsi", "Qara gölün cəngavəri" və s. bədii filmlərində, "Günahsız Abdulla" (M.Cavaxaşvili), "Kimin sualı var?" (N.Həsənzadə) "İnanmırsansa…" (Ə.Hacızadə) və s. televiziya tamaşalarında yaddaqalan rollar oynayıb.
Milli teatr və kino sənəti sahəsindəki xidmətləri yüksək qiymətləndirilən sənətkar 1982-ci ildə "Əməkdar artist", 1998-ci ildə "Xalq artisti" fəxri adlarına, 1984-cü ildə respublikanın Dövlət mükafatına ("İblis" tamaşasına görə; yaradıcı heyətin bir qrup üzvü ilə birlikdə), 2019-cu ildə "Şöhrət" ordeninə, 2023-cü ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na layiq görülüb. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Tünzalə Əliyeva
2023-cü ildə dünyasını dəyişən məşhurlarımız - SİYAHI"Toppuş bacı" kimi məşhurlaşan aktrisa, Əməkdar artisti Tünzalə Əliyeva uzun sürən xəstəlikdən sonra yanvar ayının 22-də 49 yaşında dünyasını dəyişdi. Aktrisa "Kişiləri qoruyun", "Yoxlama", "Qocalar" və sairə bədii filmlərində, həmçinin məşhur "3 bacı", "Qız atası", "Qardaşlar" seriallarında sevilən obrazlar yaradıb.
Qeyd edək ki, aktrisanın qızı Zəhra hazırda "İkinci bahar" serialında iştirak edir.
Ramiz Novruz
2023-cü ildə dünyasını dəyişən məşhurlarımız - SİYAHIXalq artisti, teatr və kino aktyoru Ramiz Novruz da bu il itirdiyimiz məşhurlar sırasındadır. Xalq artisti fevralın 20-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. Ramiz Novruz "Sizi dünyalar qədər sevirdim", "Qorxma, mən səninləyəm", "Topal Teymur", "Nizami", "Cavid ömrü", "Cavad xan" və sairə bədii filmlərində, "Pərvanələrin rəqsi", "Vicdan haqqı" teleresiallarında unudulmaz obrazlar yaradıb. 2018-ci ildən Prezident təqaüdçüsü idi.
Madər Musayev
2023-cü ildə dünyasını dəyişən məşhurlarımız - SİYAHIİyulun 14-də Milli Məclisin deputatı Madər Musayev 75 yaşında qəfil ürəktutmasından vəfat edib.
İranə Tağızadə
2023-cü ildə dünyasını dəyişən məşhurlarımız - SİYAHI9 aprel tarixində dünyadan köçən məşhurlardan biri də Azərbaycan Respublikasının Xalq artisti İranə Tağızadədir. Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İranə Tağızadə 65 yaşında ürəktutmasından vəfat edib.
Oqtay Əliyev
2023-cü ildə dünyasını dəyişən məşhurlarımız - SİYAHITeleviziya prodüseri, rejissor Oktay Əliyev 22 mart 2023-cü ildə 54 yaşında yol qəzasında həlak olub. Oqtay Əliyevin idarə etdiyi "Lexus Lx470" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qəza nəticəsində Oqtay Əliyev dünyasını dəyişib, avtomobildə olan Xalq artisti Mehriban Zəki və Əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıblar. Qeyd edək ki, Oktay Əliyev 2020-ci ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdü.
Emil Rəhmanoğlu
2023-cü ildə dünyasını dəyişən məşhurlarımız - SİYAHIƏməkdar artist Rəhman Rəhmanın müğənni oğlu Emil Rəhmanov sentyabrın 19-da 44 yaşında dünyasını dəyişib. Atası Rəhman Rəhmanovun sözlərinə görə Emilin ürəyində problem olub və onu xilas etmək mümkün olmayıb.
Rüfət Babayev
2023-cü ildə dünyasını dəyişən məşhurlarımız - SİYAHIƏməkdar artist, "Qaya" dövlət ansamblının direktoru Rüfət Babayev 19 fevral tarixində Moskvada ürəktutmadan dünyasını dəyişib.
Surət Hüseynov
2023-cü ildə dünyasını dəyişən məşhurlarımız - SİYAHIAzərbaycanın keçmiş Baş naziri Surət Hüseynov 31 iyul 2023-cü ildə 64 yaşında İstanbulda vəfat edib.
Hacı Şahin Həsənli
2023-cü ildə dünyasını dəyişən məşhurlarımız - SİYAHIAzərbaycanın tanınmış ilahiyyatçısı Hacı Şahin Həsənli bu ilin martın 2-də dünyasını dəyişib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi 48 yaşında infarktdan həyatını itirib. İlahiyyatçı Yasamal qəbiristanlığında dəfn olunub.
Aftandil İsrafilov
2023-cü ildə dünyasını dəyişən məşhurlarımız - SİYAHIMəhşur qarmon ifaçısı, Xalq artisti Aftandil İsrafilov aprelin 29-da səhhətində yaranan problemlər səbəbilə yerləşdirildiyi xəstəxanada dünyasını dəyişdi. Aftandil İsrafilov Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına, 2016-cı ildə "Şöhrət" ordeninə layiq görülüb. O, 2003-cü ildən Prezident təqaüdçüsü idi.
Alagöz Salahova
2023-cü ildə dünyasını dəyişən məşhurlarımız - SİYAHIAktrisa, Xalq rəssamı Tahir Salahovun qızı rəssam Alagöz Salahova 19 sentyabr 2023-cü il tarixində 70 yaşında vəfat edib. O, uzun müddət xəstəlikdən əziyyət çəkib. O, "Dantenin yubileyi", "Özgə ömür", "Bağlı qapı kimi filmlərdə aktrisa kimi də çıxış edib.
Xoşbəxt Yusifzadə
2023-cü ildə dünyasını dəyişən məşhurlarımız - SİYAHISOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə 3 oktyabr 2023-cü ildə dünyasını dəyişmişdir. O, Birinci Fəxri xiyabanda dəfn olunmuşdur.
Ramiz Qafarov
2023-cü ildə dünyasını dəyişən məşhurlarımız - SİYAHIİllərlə ölkənin mərkəzi stadionunda, idman və mədəniyyət saraylarında səsi ilə diqqətləri üzərinə çəkən tanınmış diktor 26 oktyabrda ürəktutmasından dünyasını dəyişib.
Natəvan Babayeva
2023-cü ildə dünyasını dəyişən məşhurlarımız - SİYAHITanınmış jurnalist, televiziya aparıcısı Natəvan Babayeva isə iyulun 20-də uzun sürən xəstəlikdən sonra 45 yaşında dünyasını dəyişib.
Azərpaşa Nemətov

Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azər Paşa Nemətov 9 aprel 2023-cü ildə 75 yaşında vəfat etmişdir. O, İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.
Qənirə Paşayeva

Millət vəkili Qənirə Paşayeva isə sentyabrın 28-də uzun sürən ağır xəstəlikdən sonra 48 yaşında dünyasını dəyişib. Onun qəfil vəfatı bütün ölkədə dərin hüznlə qarşılandı. Qeyd edək ki, Qənirə Paşayeva Gürcüstanın "Şərəf" ordeni ilə təltif olunub, 10-dan artıq elmi və publisistik kitabın, yüzlərcə məqalənin müəllifi, 20-yə yaxın sənədli filmin ssenari müəllifi və baş məsləhətçisi olub.
Elxan Qasımov

May ayınını 29-da tanınmış kinorejissor, Əməkdar artist Elxan Məmməd oğlu Qasımov səhhətində yaranan problem səbəbindən vəfat edib.
Zeynəb Dostəliyeva

Xalq artisti Nazpəri Dostəliyevanın bacısı olan müğənni Zeynəb Dostəliyeva 5 fevral 2023-cü ildə qaraciyər serrozundan dünyasını dəyişib.
Ellada Mustafayeva

Siyasi     Baxılıb: 179   Tarix: 16 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Epşteynin sənədlərində qorxunc detal: 9 yaşlı qurban…

ABŞ-da ictimaiyyətə açıqlanan senzurasız Ceffri Epşteynin sənədləri bütün dünyada böyük ajiotaj yaradıb. xəbər verir ki, sənədlər Epşteynin doqquz yaşında bir uşağa təcavüz etdiyini və hələ də vəzifədə olan yüksək vəzifəl

Xanım Vensin Bakıda gizli ziyarəti: Suraxanıya niyə gedib?

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens fevralın 12-də Bakıya səfəri zamanı rəsmi proqramdan kənara çıxıb. KONKRET. -a istinadla xəbər verir ki, vitse-prezident rəsmi görüşləri başa çatdırdıqdan sonra hava limanına yollanarkə

Abbas Abbasov barəsində qiyabi həbs qərarı verilib

Abbas Abbasov barəsində qiyabi həbs qərarı verilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin bu gün yaydığı məlumatda deyilir. Bildirilib ki, Abbas Abbasov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti

"Buna görə İlham Əliyevə böyük təşəkkür düşür" - Vens

"Biz çalışırıq ki, iki ölkə arasında hər hansı bir toqquşma yenidən başlamasın, xalqlar arasında təmaslar qurulsun və biz bu yolla irəliləmək istəyirik". xəbər verir ki, bu sözləri ABŞ-nin Vitse-prezidenti Ceym

İlham Əliyev: Sərhədlərimizdə sülh qurulub, tamamilə yeni vəziyyət yaranıb

Azərbaycan Prezidenti İlham Əliyev bu il Ermənistanla sülh sazişinin imzalanacağına ümid etdiyini bildirib. KONKRET.azxəbər verir ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan "Açıq dəhliz siyasəti. Trans-Xəzə

Bakı və İrəvan hazırlıq mərhələsində: Seçkilərdən əvvəl sülh, yoxsa...?

Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, parlament seçkilərindən əvvəl Azərbaycanla sülh müqaviləsinin imzalanması hökumətin gündəliyinə salınıb. Bəs sülh müqaviləsinin seçkilərdən əvvəl imzalanması real görünürmü

"Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir

10 fevral 2026-cıil tarixində ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana səfər etdi. Bildiyinizkimi, ABŞ-nin prezidenti DonaldTramp administrasiyasının əsas fiqurlarından biri olan Vensin regiona səfəri2025-c

Prezident bu şəxslərə ali xüsusi rütbələr verdi

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlə

Pakistanın Baş naziri Azərbaycana səfər edəcək

Pakistan tərəfi Cənubi Qafqaz regionunda atacağı hər bir addımı və həyata keçirəcəyi layihələri mütləq şəkildə Azərbaycanla müzakirə edir. bildirir ki, bunu Teleqraf-a açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Qası


azerbaycan xeberleri yeni xeberler son xeberler az xeber bugunun xeberleri axsam az xeberler cəbhədən ən son xəbərlər