2100-cü ilə qədər iki milyarddan çox insanın həyatı üçün təhlükə YARANACAQ

2100-cü ilə qədər iki milyarddan çox insanın həyatı üçün təhlükə YARANACAQSiyasətdə dəyişiklik olmasa, dünya əsrin sonuna kifayət qədər istiləşəcək. Belə ki, iki milyarddan çox insan həyatı üçün təhlükə yaradan isti iqlimlərdə yaşayacaq.
KONKRET.azxəbər verir ki, bunu "Nature Sustainability" jurnalında dərc olunan son nəticələr göstərir.
Qeyd olunub ki, indiyədək insan fəaliyyəti nəticəsində dünyada orta temperatur 1,2 dərəcə yüksəlib.
Xatırladaq ki, Paris Razılaşması bunun qarşısını almaq üçün artımın 2,7 dərəcə ilə məhdudlaşdırılmasını təklif edib.
Bununla belə, mövcud qanunlara və əhalinin artımına əsasən, temperaturun təxminən 4,8 dərəcəyə çatacağı bildirilir.
Tədqiqatçılar temperaturun bu səviyyəyə qalxacağı təqdirdə hansı bölgələrin daha çox zərər görəcəyini araşdırıblar. Qeyd olunub ki, 40 il əvvəl dünyada yalnız 12 milyon insan temperaturun normadan yüksək olduğu bölgələrdə yaşayıb. Bu gün isə 60 milyona yaxın insan bundan zərər çəkir.
Belə ki, tədqiqat 2100-cü ilə qədər proqnozlaşdırılan 9,5 milyard dünya əhalisinin 2 milyardının belə ərazilərdə yaşayacağını göstərir.
Məlumata görə, ən çox təsirlənən ölkələr Hindistan, Nigeriya, İndoneziya, Filippin və Pakistan olacaq.
İqbal Rzayev,
KONKRET.az

Sağlamlıq       Tarix: 10 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula


yeni xeberler azerbaycan xeberleri son xeberler hava axsam az xeberler hava haqqinda