Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki
Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digər gəmiricilər vasitəsilə yayılan virus haqqında müxtəlif şayiələr və sui-qəsd nəzəriyyələri sürətlə yayılıb.
KONKRET.azxəbər verir ki, bu barədə Britaniyanın Daily Mail nəşri yazıb.
Müzakirələrin yenidən alovlanmasına səbəb "MV Hondius" adlı lüks kruiz gəmisində baş verən hadisələr olub. Sosial şəbəkə istifadəçiləri gəmidəki vəziyyəti COVID-19 pandemiyasının ilk günləri ilə müqayisə edir, virusun mənşəyi barədə müxtəlif iddialar irəli sürürlər.
Məlumata görə, hantavirusun əksər növləri insandan insana keçmir. Lakin alimlər daha əvvəl Andes hantavirusu ilə bağlı yaxın təmas zamanı nadir yoluxma hallarını qeydə alıblar.
İlkin məlumatlara əsasən, "Hondius" gəmisindən təxliyə olunan sərnişinlərdə məhz bu virus növü aşkarlanıb.
Virusun Tenerifedən Fransa və ABŞ istiqamətində uçan təyyarənin sərnişinlərində də müəyyən edildiyi bildirilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) indiyədək yeddi yoluxma faktını təsdiqləyib. Onlardan üçü ölüm ilə nəticələnib.
Son günlərdə sosial şəbəkələrin diqqətini xüsusilə 2022-ci ilin iyununda X platformasında paylaşılmış köhnə bir post cəlb edib.
"2023: koronavirus bitdi. 2026: hantavirus", – deyə özünü "gələcəyi oxuya bildiyini" iddia edən "Provayder" adlı istifadəçi həmin paylaşımda yazmışdı.
Müşviq Tofiqoğlu
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar