29 ukraynalı uşaq Azərbaycana gətirildi
Ukraynadakı vəziyyətlə əlaqədar valideynlərindən birini itirmiş daha bir qrup ukraynalı uşaq Azərbaycana gətirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gələn 29 azyaşlı uşaq düşərgələrinə yerləşdiriləcək.
Nazirlikdən KONKRET.az-a verilən xəbərə görə, uşaqlar Bakı və Qəbələ şəhərlərində təşkil olunan 15 günlük düşərgədə sosial reabilitasiya keçəcəklər. Düşərgə müddətində onlar mütəxəssislər tərəfindən müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunacaqlar.
Peşəkar psixoloqlar tərəfindən təşkil olunan fərdi konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixo-sosial təlimlər, ustad dərsləri vasitəsi ilə azyaşlıların emosional vəziyyətlərinin stabilləşməsi, eləcə də cəmiyyətə inteqrasiyaları təmin ediləcək.
Düşərgə iştirakçıları ingilis dili kursları vasitəsilə dil biliklərinin artırılması imkanı da əldə edəcəklər.
Bu müddət ərzində uşaqların mədəni-asudə vaxtının səmərəli təşkil olunması məqsədi ilə tarixi yerlərə, həmçinin muzeylərə ekskursiyalar təşkil olunacaq, müxtəlif mövzuda komanda işləri görüləcək.

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü