"3-4 dəfə doğurlar, sonra kişilərin arxasınca düşürlər ki, aliment ver

"3-4 dəfə doğurlar, sonra kişilərin arxasınca düşürlər ki, aliment ver..."
 "Başımız o qədər işə qarışırdı ki, heç düşünmürdük ki, illər əvvəl çəkildiyimiz filmlərimiz illər sonra bu qədər seviləcək, klassikaya çevriləcək. Bir ana televiziyamız var idi, orada çəkilirdik. Hamı istəyirdi ki, orada çəkilsin. "Evləri köndələn yar" televiziya tamaşasını çəkəndə həyatda yaşayan çox mükəmməl aktyorlarımız var idi. Bu gün məni görənlər deyir ki, "Kübra xanım, siz gözəl sənətkarlarımızdan bizə yadigar qalmısınız". O vaxt Əliağa Ağayev də bizim üçün elə əlçatmaz idi. "Evləri köndələn yar" televiziya tamaşasında Siyavuşla olan səhnəmizdə o deyir ki, "Ədə, uçastkovunun payından". Məni tanıyanlar bilir ki, öz bazarlığımı özüm edirəm. Bir şey alarkən, deyirəm ki, "burada uçastkovunun payından olacaq?" (gülür). Bir daha tamaşaçıların yadına düşür, üzlərində təbəssüm olur, gözləri gülür. Nə oynamışıqsa, nə yadigar qoymuşuqsa hamısını tamaşaçılarımız üçün etmişik".
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Kübra Əliyeva deyib.
"Hər şeyi yerli-yerində istifadə etmək lazımdır. Bir söz ki, əgər tamaşaya, filmə şitlik qatacaq, onu gülüş xatirinə demək düzgün deyil. "Şirbalanın məhəbbəti" filmi başdan-ayağa komediyadır. Orada bir bayağılıq, şitlik görə bilməzsiniz. Bu filmin ssenarisi də həyatdan götürülmüşdü. Elə bilirsiniz ki, həyatda Şirbala, Ümbülnisə kimi qadınlar və kişilər yoxdur? Vallah var. 3-4 dəfə doğurlar, sonra kişilərin arxasınca düşürlər ki, aliment ver. Şirbala kimi gəzəyən, ailəsini atan kişilər azdır bəyəm?! Filmdə çəkilən 5 uşağımdan biri aktyor Firuz Xudaverdiyevin oğlu idi. O da 1-ci Qarabağ müharibəsində şəhid oldu. Bu filmdən sonra trolleybusa minə bilmirdim. Bir gecəyə məşhurlaşmışdım. Hər bir aktyorun imza atdığı rol var, məndə də Ümbülnisə roludur. Biz pul, ev, var-dövlət düşünməmişik, sənət düşünmüşük. Biz pulsuz sənətkarlarıq. Pul arxasınca düşüb teatra gəlməmişik", - deyə sənətkar bildirib.
Sənətkar valideynlərinin onun sənətinə qarşı olduğunu da bildirib.
"Gəncə teatrının yardımçı heyətində paltar ütüləyən işləyirdim. Evdən teatrda işlədiyimi eşidirlər. Elə bilirdilər ki, texniki işçiyəm. Teatrda bir gün məni erməni aktrisasına dublyor verdilər. Çox böyük sənətkarlarla tərəf müqabili idim. Anama dedim ki, gəl sən də bax, daxili baxışdır. Rolu necə ifa etdimsə, anam əlini dizinə vurub dedi ki, "Ağa, evin yıxılsın". Öz-özümə dedim ki, Kübra, Allah sənin köməyin olsun. Anam evə gələnə qədər öz-özünə fikirləşirdi ki, "Ağaya mən nə deyəcəyəm?". Ağa da atam idi. Bütün bu çətinliklərə baxmayaraq, anam məni Bakıya, teatrda işləməyə yolladı. Bu gün aktrisalar üçün bu cür maneələr yoxdur. Hamı aktrisa olmaq istəyir, hamı məşhurlaşmaq, çəkilmək istəyir. Valideynlər də razılıq verirlər", - deyə sənətkar əlavə edib. / oxu.az

Şou Biznes       Tarix: 09 mart 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber saytlari ensonxeberler metbuat xeberleri en son xəbərlər bugün