3 ölümcül dərman - Analgin, spazmalqon, parasetamol

3 ölümcül dərman - Analgin, spazmalqon, parasetamolHər bir insan həyatda ağrı ilə üzləşir: baş ağrısı, diş ağrısı, əzələ ağrısı, yanıq və ya travma nəticəsində olan ağrı və s.
Əgər ağrı xroniki (daim) xarakter alıbsa, mütləq həkimə müraciət edin. Belə ağrılar müxtəlif və bəzən çox ağır xəstəliklərin simptomu ola bilər. Lakin adətən əksər insanlar xroniki yox, kəskin ağrılarla üzləşir.
Ağrı ilə mübarizədə xüsusi dərmanlar – analgetiklər istifadə olunur. Onların bir hissəsi ağrını müvəqqəti olaraq aradan qaldırır. Bu preparatlar mərkəzi sinir sisteminə deyil, periferik sinir sisteminə təsir edir.
KONKRET.az xəbər verir ki, bəzi analgetiklər isə birbaşa beyinə təsir edərək beyinin qalan orqanizmlə əlaqəni "kəsir" ki, impulslar ağrıyan yerdən beyinə çatmır.
Belə preparatlar adətən cərrahiyyə əməliyyatları zamanı, güclü ağrı şoku zamanı, güclü xroniki ağrılar zamanı (məsələn, xərçəng xəstələrində) istifadə olunur. Bu narkotik prepartlardır. Tərkibində morfin, fentanil, promedon və s. bu kimi maddələr olan preparatlar narkotik analgetiklər sayılır. Bu preparatlar alışqanlıq yaradır, böyük dozalarda və daim istifadə etdikdə orqanizmə böyük zərər verir, hətta ölümə səbəb ola bilər. Məhz bu səbəbdən tibbdə bu kimi preparatlar yalnız o hallarda istifadə olunur ki, onlarsız keçinmək mümkün deyil (cərrahiyyə əməliyyatları, ağır travmalar zamanı, ağır xərçəng xəstələrində).
Hamıya tanış olan analgin, aspirin, parasetamol, ibuprofen kimi analgetiklər narkotik analgetiklər deyil. Onlar alışqanlıq yaratmır və nisbi təhlükəsiz sayılır. Lakin bu preparatlardan da süi-istifadə etmək olmaz. Əgər ağrı dözümlüdürsə, ağrıkəsici preparat qəbul etməyin, bir qədər gözləyin, ağrı özü-özündən keçə bilər.
Həkimlərin müşahidələrinə görə, qadınlar kişilərlə müqayisədə analgetiklərdən daha tez-tez hallarda süi-istifadə edir. Bu preparatlardan süi-istifadə edən insanın immun sistemi zəifləyir, qanın tərkibi pisləşir, qara ciyər, böyrəklər, mədə-bağırsaq sistemində ciddi pozulmalar yaranır.
İnsanların əksəriyyəti bu kimi preparatları müxtəlif səbəblərə görə yaranan baş ağrıları zamanı istifadə edir. Sağlam insanda baş ağrıların səbəbi yorğunluq, yuxusuzluq, stres, bəzən aclıq və s. ola bilər. Bu halda sadəcə bir qədər dincəlmək, uzanmaq, yatmaq lazımdır ki, baş ağrısı keçsin.
Bəzən baş ağrısı güclü olur, insana əzab verir və ondan yalnız dərmanın köməyi ilə azad olmaq mümkündür. Bu halda ağrıkəsici dərman qəbul etmək olar. Lakin belə hallar tez-tez təkrarlanırsa, mütləq həkimə müraciət edin. Tez-tez təkrarlanan güclü baş ağrıları müxtəlif və bəzən çox ağır xəstəliklərin əlaməti ola bilər (məsələn, beyinin bədxassəli şişlərin).
Analgetiklərdən süi-istifadə çox pis nəticələnə bilər. Amerikalı alimlər sübut ediblər ki, baş ağrısı zamanı tez-tez istifadə olunan analgetiklər yeni və daha güclü baş ağrıları tutmalarına səbəb olur.
Aspirin ən təsirli və etibarlı analgetiklərdən biri sayılır. Lakin bu preparat bəzi mədə-bağırsaq sistemi xəstəlikləri (məsələn, mədə xorası) və astma xəstəliyi zamanı, hamilə qadınlar və uşaqlar üçün əks-göstərişdir.
Analgin, parasetamol və ibuprofen kimi analgetiklər də baş, diş, qulaq ağrıları zamanı yaxşı kömək edir. Diş ağrısı zamanı həbi dişin üzərinə qoymayın, bu kömək etməyəcək və damağın iltihabına səbəb ola bilər.
Kəskin spazm xarakterli ağrılar zamanı analgetiklərdən yox, spazmolitiklərdən istifadə edin (məsələn, no-şpa). Qarın ağrıları zamanı analgetiklərdən istifadə etməyin. Bu təhlükəli ola bilər.
Yadınızda saxlayın ki, analgetiklər müalicəvi təsir etmir, onları yalnız ilk tibbi yardım vasitəsi kimi istifadə etmək olar. Bu preparatlar ağrının səbəbini aradan qaldırmır, yalnız insanın vəziyyətini yüngülləşdirir.
Ağrıkəsici preparatları qəbul etdikdə çalışın dərmanın ən minimal dozası ilə kifayətlənəsiniz. Beləki, əvvəl həbin 1/2 hissəsini qəbul edin. Bir çox hallarda bu doza lazım olan effekt verir. Əgər ağrı keçməzsə, qalan 1/2 hissəsini qəbul edə bilərsiniz.
Mütəxəssislər ağrıkəsici preparatları həftədə 1-2 dəfədən artıq qəbul etməyi qəti şəkildə məsləhət görmürlər. Əgər siz bu preparatları daha tez-tez istifadə etməyə məcbursunuzsa, bu, anormal sayılır və siz mütləq həkimə müraciət etməlisiniz. (Medicina.az)

Sağlamlıq       Tarix: 03 yanvar 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

5 ədəd badam yeyib, sonra idman et – Sirr

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər. -a istinadən xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmada

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Ürəyiniz sağlam, ömrünüz uzun olsun - Alimlər çarəni tapdı

Yaponiyalı alimlər ürək funksiyalarının yaşla bağlı zəifləməsini ləngidə və hətta qismən bərpa edə bilən yeni maddə aşkarlayıblar. KONKRET.azxəbər verir ki, tədqiqat Gakushuin Universiteti professoru Şigeru Yanaqi rəhbərliy

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Məşhur uşaq qidasında siçan zəhəri aşkarlanıb

Avstriyada məşhur "Hipp" markalı uşaq qidası bankalarında siçan zəhəri tapılıb. KONKRET.azxəbər verir ki, bu barədə "CBC News" Avstriya polisinə istinadən məlumat yayıb. Polisin məlumatına görə, Burgenlan

Alimlər beyin inkişafı və dağınıq sklerozla bağlı yeni kəşfə imza atıblar

Beyindəki qlükoza səviyyəsi sinir siqnallarının sürətli ötürülməsini təmin edən mielin qatının (sinir liflərinin qoruyucu örtüyü) formalaşmasına birbaşa təsir göstərir. KONKRET.azxəbər verir ki, bu barədə "Nature Neuroscience"


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezenesi azerbaycan son xeber bugun az xeber şou biznes xəbərləri