"30 ildir sektordayam, hələ belə hadisəni xatırlamıram"

"30 ildir bu sektordayam. Azərbaycanda "darknet"də reallaşan bir cinayətin açılması, burada "məskunlaşan" kibercinayətkarın tutulması ilə bağlı hadisəni xatırlamıram".
KONKRET.az xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz DTX-nın ifşa etdiyi kiberəməllərlə bağlı paylaşımında bildirib.
O.Gündüz əlavə edib ki, real dünyada cinayət yolu ilə əldə olunanların leqallaşdırılması üçün ofşor şirkətlər və banklardan, müxtəlif əmlaklara yatırımlardan, sənət əsərləri alqı-satqısından, "çirkli kassalar", qumarxanalar və "landromatlat"lardan istifadə olunur:
"Rəqəmsal dünyada isə bu proses qlobal şəbəkənin "darknet" deyilən seqmentində həyata keçirilir. Yəni rəqəmsal dünyada oğurlanan nə varsa burada satılır.
Dövlət və özəllərdən oğurlanan datalar, bank kartları, fərdi məlumatlar, prezidentlərdən tutmuş ən adi səviyyəyədək olan şəxslərin telefon nömrələrinin alqı-satqısı "darknet"də həyata keçirilir. Ən peşəkar, ən bacarıqlı xakerlər burada "oturuşublar". Xırda işlərlə məşğul olmurlar.
Alqı-satqı prosesi də elə qurulur ki, heç bir izi-tozu qalmır, adətən anonim şəbəkələrdən, anonim brauzerlərdən, kriptolardan istifadə olunur.
Dərhal qeyd edim ki, dünyada cəmi bir neçə ölkədə "darknet"də baş verən cinayətlərin aşkara çıxarılması halları sahəsində təcrübə formalaşıb. Ən müasir kibertexnologiyalardan istifadə edilməklə bunlar həyata keçirilir.
İndi məlum olur ki, DTX bu istiqamətdə uğurlu bir əməliyyat keçirib".
O vurğulayıb ki, Azərbaycanda ilk dəfə olaraq "darknet" üzərindən fəaliyyət göstərən kibercinayətkar qrup DTX tərəfindən ifşa olunub. Dəstə üzvləri hətta kritik hesab olunan qurumlara kiberhücumlar etməklə uzun müddət xeyli "iş" görə biliblərmiş:
"Təsəvvür edirəm ki, onlarda kimlərlə və hansı qurumlarla bağlı hansı datalar ola bilərdi.
Xeyli sayda vətəndaşlarımızın şəxsi və maliyyə məlumatlarını ələ keçirmək üçün saxta saytlar, zərərli mobil tətbiqlər, "spoofing" zənglər (istənilən şəxsin telefon nömrəsini təqlid etməklə zəng etməyə imkan verən proqram) və "phishing" texnikaları vasitəsilə sistemli şəkildə fəaliyyət göstəriblər".
Azərbaycan İnternet Forumunun Prezidenti qeyd edib ki, bu səviyyədə gizli və texniki cəhətdən güclü qruplaşmanın aşkara çıxarılması sadəcə təsadüf və ya şikayət əsasında aşkarlanan bir hal ola bilməz:
"Bunun ehtimalı sıfra bərabərdir. "Darknet"də təsadüflər olmur. Düşünmək olar ki , DTX kritik sektorun kibertəhlükəsizliyi ilə bağlı son illərdə əldə etdiyi səlahiyyətlərdən sonra kiberəməliyyat potensialını xeyli inkişaf etdirə bilib və artıq "görünməyən internet"ə də real müdaxilə edə bildiyini göstərir.
Aparılan əməliyyatın xarakterinə əsasən demək olar ki, qurum ciddi texniki, texnoloji resurslar və insan kapitalı formalaşdıra bilib.
İstisna etmirəm ki, beynəlxalq əməkdaşlıq da olmamış deyil.
DTX qaranlıq dünyada olan bu kibercinayətin izinə necə düşə bilib?
Əlbəttə, bir neçə versiya söyləmək olardı, amma düşünürəm ki, bu, bu yazının mövzusu deyil.
Hər bir cinayətkar hansısa izi buraxır, kiber dünyada da belədir.
Beləliklə, DTX bununla sübut etmiş oldu ki, darknetdə data bazarlığı, xüsusən də kritik qurumlar və "şəxslərlə" bağlı data bazarlığı da gizli qalmayacaq. Çox təqdirəlayiqdir. Burada daha bir incə məqam var.
Həbs edilən əsas fiqur – Nihad Hacıyev – şübhəsiz ki, texniki-texnoloji cəhətdən yüksək hazırlıqlı bir gəncdir.
Onun fəaliyyəti cinayət xarakterli olsa da, bu qədər kompleks texniki biliklərin zərər üçün deyil, ölkənin kiber müdafiəsi üçün istifadə olunması daha faydalı olardı. Bəlkə də belə gənclər üçün alternativ cəza və reabilitasiya mexanizmləri düşünməyə ehtiyac var. Yoxsa biz potensial "mühafizəçi"ni "kiberhücumçu" kimi itirəcəyik.
Çünki rəqəmsal təhlükələr də hər gün artır, amma bu təhlükələri zamanında anlayan və qarşısını alan kadrlar da çox azdır".

Hadisə       Tarix: 15 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

Sumqayıtda əməliyyat: "falçı" saxlanıldı

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. KONKRET.azxəbər verir ki, Sumqayıt şəhərində polisi

Naxçıvanda avtomobil piyadanı vurdu

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 75-BG-367 dövlət qeydiyyat nişanlı "AzSamand"

"Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR

Paytaxtın Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası baş

Kişi arvadını və 3 yaşlı uşağını bıçaqladı

Lənkəran şəhərində kişi həyat yoldaşına və azyaşlı oğluna bıçaqla xəsarət yetirib. KONKRET.azTeleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində, "Müəllimlər Binası" kimi tanınan yaşayı

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?

Vətəndaş Bakı-Sumqayıt ("Riyad" TM ərazisində-red.) yolunda "Bolt" şirkətinə məxsus taksi sürücüsü tərəfindən hədə-qorxusu və zorakılığa məruz qaldığını iddia edir. xəbər verir ki, Elvira Vəliyeva bu barəd

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

Biləsuvarda ağır yol qəzası olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1986-c

Meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi

Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiyası edilən Tovuz sakini vəfat edib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlu

İki gəmiyə dron hücumu: heyətdə 8 Azərbaycan vətəndaşı var

Qara dənizdə iki gəmiyə pilotsuz uçuş aparatlarının hücumu baş verib. barədə məlumat verib, onlardan biri batıb. report-a istinadla xəbər verir ki, bu barədə Bolqarıstan Telegraf Agentliyi (BTA) məlumat yayıb. Bir gəmini

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi banklar hava proqnozu bugünki xəbərlər xeberler bugun