31 Mart soyqırımını dünyaya tanıtdırmaq üçün daha nələr edə bilərik? - Alimdən AÇIQLAMA

31 Mart soyqırımını dünyaya tanıtdırmaq üçün daha nələr edə bilərik? - Alimdən AÇIQLAMASon yüz ildə Azərbaycan tarixində müxtəlif faciələr yaşanıb. Bu faciələr içərisində "31 Mart soyqırımı" öz miqyasına və dəhşətinə görə digərlərindən seçilir. Lakin təəssüf ki, 104 il keçməsinə baxmayaraq, ermənilərin xalqımıza qarşı törətdiyi soyqırıma beynəlxalq reaksiya çox zəifdir. Ermənilər törətdiyi bu əmələ görə hələ də layiqincə cəzalandırılmayıb.
Bəs görəsən, xalqımıza qarşı törədilən bu soyqırımı beynəlxalq aləmdə tanıtmaq üçün hansı işlər görülməlidir?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını tarixçi alim Zaur Əliyev cavablandırıb.
O bildirib ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soqyırım siyasəti 1905-ci ildən hesablanır. Əslində ermənilərin bizə qarşı soyqırım siyasətinə 1813-cü ildən start verib. 1813-cü ildə Gülüstan sülh müqaviləsi imzalandıqdan sonra ermənilər azərbaycanlıların yaşadığı kəndlərə köçürülməyə başladı. İrandan, Türkiyədən və digər yerlərdən Qarabağa, İrəvana və Qərbi Azərbaycana ermənilər axın etdi. Onlar bu ərazilərə gəldikdən sonra lokal xarakterli döyüşlər başladı. Bu döyüşlərdə tam silahlı ermənilər silahsız azərbaycan kəndlilərinə qarşı hərbi cinayətlər törədirdi. Yəni soyqırım siyasətinin ilkin rüşeymi buradan başladı. 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanmasından sonra isə ermənilərin ərazilərimizə daha kütləvi köçü reallaşdı. Onlar artıq azərbaycanlıları kəndlərdən çıxartmaq üçün açıq hücumlara keçdilər. Yerli əhalinin bir qismi bu prosesdə öldürüldü. Vaxtilə Azərbaycanda başlayan qaçaqçılıq hərəkatının bəylərə və xanlara qarşı olduğu deyilirdi. Əslində qaçaqların əsas hədəflərindən biri də ermənilərə qarşı silahlı müqavimət idi. Qaçaq Kərəm, Qaçaq Nəbi kimi qaçaqlarımız ermənilərlə mübarizə aparıb. Lakin Sovet elmi ədəbiyyatı qaçaqçılıq hərəkatının mahiyyətini başqa cür təqdim edib.
Azərbaycanlılara qarşı sonradan da, yəni 1905-6-cı illərdə soyqırımlar davam etdi. Miqyasına görə isə ermənilərin törətdiyi ən böyük soyqırım 1918-ci il "31 Mart soyqırımı"dır. Çünki həmin dövrdə Cənubi Azərbaycandan tutmuş, Şimali Azərbaycana qədər hər yerdə ermənilər azərbaycanlıları öldürürdü. Onlar təkcə azərbaycan türklərini yox, etnik azlıqları da qırırdı. Qeyd edim ki, o dövrdə Gürcüstanda yaşayan azərbaycanlılar da öldürülürdü. Gürcüstan hökuməti bunu gizlətməyə çalışır, arxivləri və faktları ortaya qoymaq istəmir. Lakin müxtəlif yollarla əldə etdiyimiz məlumatlara görə, ermənilər Gürcüstanda da azərbaycanlılara qarşı soyqırım siyasəti həyata keçirib".
31 Mart soyqırımını dünyaya tanıtdırmaq üçün daha nələr edə bilərik? - Alimdən AÇIQLAMAZ.Əliyev bildirib ki, həmin vaxt ermənilərə Rusiya ilə yanaşı İran da silah verirdi:
"Erməniləri silahlandıran və azərbaycanlılara qarşı ən böyük dəstəyi verənlər Nobel qardaşları və İran hökuməti idi. Onlar azərbaycanlıların məhv edilməsini zövqlə izləyirdi. Bu soyqırımın dünyada tanıdılması üçün bu gün Azərbaycanın əlində kifayət qədər arxiv sənədi var. Ümumilli lider Heydər Əliyev bu faciənin soyqırım kimi tanıdılması ilə bağlı fərman verib. Lakin təəssüf ki, bu gün "31 Mart soyqırımı"nın beynəxalq səviyyədə tanınması üçün işlər qanedici səviyyədə deyil. Müəyyən dairələr buna mane olmağa çalışır. "Xocalı soyqırımı" bir kənddə baş verən faciə idi. Lakin 1918-ci il soyqırımı şimallı-cənublu bütün Azərbaycanı əhatə edib və itki sayına görə bəşəriyyətin ən faciəvi hadisələrindən biridir. Biz təbliğat işini ermənilər kimi apara bilsək, beynəlxalq ictimaiyyət bu məsələyə ciddi reaksiya verəcək. Çünki ermənilər təkcə insanları yox, nadir əlyazmalarımızı, mədəni abidələrimizi məhv etdi. Yəni bu həm də mədəni terror idi. Biz mart faciəsini dünyada tanıtdırmaq istəyiriksə, dünya alimlərini, tarixçilərini, arxeoloqlarını Azərbaycana dəvət edib ciddi tədqiqat işlərinə cəlb etməliyik. Çünki qəbirlərin çoxu hələ də üzə çıxmayıb. Biz bu gün dünyaya yalnız Quba kütləvi məzarlığını təqdim edirik. Halbuki, Bakıda, Salyanda, Neftçalada, Gəncədə, Şamaxıda və digər şəhərlərimizdə belə qəbirlərin sayı-hesabı yoxdur. Soyqırımda ölənlərin sayı 10 mindən çoxdur. Bir alim kimi həmin məzarlıqların aşkarlanması istiqamətində işlərin aparılmasını xahiş edirəm. Çünki belə məzarlıqları üzə çıxarmaq lazımdır ki, biz öz səsimizi dünyaya çatdıra bilək. Ermənilərin vəhşiliklərini yalnız bu halda bütün dünyada tanıtdıra bilərik".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Siyasi       Tarix: 31 mart 2022
f Paylaş

Oxşar xəbərlər

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il


son xeberler yeni xeberler azerbaycan xeberleri sou xeberler en yeni xeberler cəbhədən canlı maraqlı xəbərlər