"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir

Bu gün Azərbaycanda 27 Sentyabr – Anım Günü qeyd olunur. Bu tarix 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsinin başlanğıcı kimi Azərbaycan tarixində mühüm yer tutur.
2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu cəbhəboyu genişmiqyaslı hərbi təxribatlara cavab olaraq əks-hücum əməliyyatına başlayıb. 44 gün davam edən müharibə nəticəsində Azərbaycanın bir sıra şəhər, rayon və kəndləri işğaldan azad edilib.
Mövzu ilə bağlı azxeber.com-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, 27 Sentyabr və Vətən müharibəsi ilə bağlı hadisələrin gələcək nəsillərə düzgün şəkildə çatdırılması vacibdir:
"Bildiyiniz kimi, Azərbaycanda 2020-ci il 27 sentyabrdan sonra ümumtəhsil məktəblərində, ali təhsil müəssisələrində, kolleclərdə və müxtəlif idarə, müəssisə və təşkilatlarda bu tarix xüsusi olaraq qeyd olunur. Həmin günlərdə tariximizdə iz buraxan mühüm hadisələr xatırlanır və gələcək nəsillərə çatdırılır. Mən düşünürəm ki, illər ərzində işğal altında olan rayonlarımızın adlarını kədərlə sadaladığımız kimi, bu gün həmin rayonların hər birinin azad olunmasını da qürur və sevgi ilə xatırlamalıyıq. Hətta işğal tarixlərinin də unudulmaması vacibdir. Çünki biz öz tariximizi yalnız qələbələrimizlə deyil, yaşadığımız ağrılı və çətin dövrlərlə birlikdə öyrənməliyik".
M. Məmmədlinin sözlərinə görə, şagirdlərə Qarabağda baş verən hadisələr haqqında yaşlarına uyğun və düzgün məlumatların verilməsi mühüm əhəmiyyət daşıyır:
"Biz təbliğatımızı hər zaman sülh, multikultural dəyərlər və humanizm üzərində qururuq. Arzumuz müharibələrin olmaması və insanların sülh şəraitində yaşamasıdır. Lakin tariximizi də unutmaq olmaz. Buna görə uşaqlara, xüsusilə məktəb yaşlarından başlayaraq, Qarabağda yaşanan hadisələr haqqında onların yaşına uyğun, düzgün və obyektiv məlumatlar verilməlidir. Şagirdlərimiz bilməlidirlər ki, torpaqlarımızın işğalı uzun illər davam edib, həmin ərazilərdə ciddi dağıntılar və məcburi köçkünlük yaşanıb. Eyni zamanda onlar 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində əldə etdiyi nəticələri də bilməlidirlər".
M. Məmmədli bildirib ki, Vətən müharibəsində şəhid və qazilərin göstərdiyi fədakarlığın gələcək nəsillərə çatdırılması cəmiyyətin məsuliyyətidir:
"44 günlük Vətən müharibəsində Azərbaycan çox ağır itkilər verdi. Minlərlə şəhidimiz və qazilərimiz oldu. Buna görə qələbənin arxasında dayanan fədakarlığı gələcək nəsillərə çatdırmaq bizim məsuliyyətimizdir. Məncə, müəllim üçün ən böyük dəyərlərdən biri bu tarixi şagirdlərinə düzgün şəkildə anlatmaqdır. Çünki tarix yalnız kitab səhifələrində qalmamalıdır. Şagirdlər həm 30 ilə yaxın davam edən işğal dövrünü, həm də həmin torpaqların azad olunması ilə bağlı hadisələri bilməlidirlər. Biz qələbəmizi qürurla qeyd etməli, eyni zamanda keçmişimizi unutmamalıyıq. Çünki gələcəyi düzgün qurmaq üçün tariximizi bütün tərəfləri ilə bilmək vacibdir".
Fəridə Əsədzadə

Sosial       Tarix: 27 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan neftinin son qiyməti

Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2.48 ABŞ dolları və ya 1,96% azalaraq 123.46 ABŞ dolları olub. Bundan əvvə

Bakının bu ərazisində 52 qəzalı bina söküləcək

Sabunçu rayonunda qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının mərhələli şəkildə sökülməsi və sakinlərin köçürülməsi prosesi davam etdirilir. xəbər verir ki, bunu -ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətini

Bu işlərdə çalışanların ödündə daş yaranır

Oturaq həyat tərzi öd daşına səbəb ola bilər. -a istinadən xəbər verir ki, həkim Olqa Çirkova öd kisəsi daşı xəstəliyinin səbəbləri haqqında danışıb. Həkim Çirkova xatırladıb ki, öd kisəsi qaraciyər tərəfindən istehsal oluna

"Bir az dadım, görüm xarabdırmı?" – Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ

Son günlər evdə hazırlanan və konservləşdirilən qida məhsullarınınsatışını həyata keçirən şəxslərdən sertifikat tələb olunacağı ilə bağlı müxtəlifiddialar yayılıb. Qeyd edək ki, məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyini

Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı 

Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə investorlar üçün Azərbaycanda maraq doğuran məqamları açıqlayıb. xəbər verir ki, dövlət başçısı bununla bağlı deyib:. "Transmill

Sabirabadda ağır qəza: Ölən və yaralanan var - TƏFƏRRÜAT

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub. -ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi b

AMB faiz qərarını açıqlayacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarını açıqlayacaq. xəbər verir ki, AMB-nin 2026-cı il üzrə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikinə əsasən, növbət

Forum başa çatdı: 10,8 milyard dollarlıq sənəd imzalandı 

Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başa çatıb, tədbir çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələrini əhatə edə

Deputat tıxaca görə iclasa gecikdi - "Üzr istəməlidirlər

"İclasa ilk dəfə gecikdiyim üçün üzr istəyirəm, amma şəhərdəki tıxacları hələ də çözə bilməyənlər vətəndaşlardan üzr istəməlidir". "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqlar


yeni xeberler azerbaycan xeberleri son xeberler şou biznes xəbərləri hava proqnozu xankendi son xeberler 2026