"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat

Bu gün Azərbaycanda 27 Sentyabr – Anım Günü qeyd olunur. Bu tarix 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsinin başlanğıcı kimi Azərbaycan tarixində mühüm yer tutur. Sentyabrın 27-si Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamı ilə Anım Günü elan edilib.
2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu cəbhəboyu genişmiqyaslı hərbi təxribatlara cavab olaraq əks-hücum əməliyyatına başlayıb. 44 gün davam edən müharibə noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla başa çatıb.
Mövzu ilə bağlı azxeber.com-a danışan deputat Naqif Həmzəyev bildirib ki, 27 Sentyabr Azərbaycan xalqının yaddaşında yalnız müharibənin başlanğıc günü kimi deyil, həm də uzun illər davam edən münaqişənin hərbi-siyasi mərhələsinin dəyişdiyi tarix kimi qalıb:
"27 Sentyabr 2020-ci il Azərbaycan xalqının yaddaşına təkcə bir müharibənin başlanğıc günü kimi deyil, ədalətin bərpası, otuz ilə yaxın davam edən işğalın sona çatması və nəhayət, əsl sülhün təməlinin qoyulduğu gün kimi həkk olunub. Bu gün ölkəmizdə Anım Günü kimi qeyd edilir, lakin əslində bu, yasla qürurun, itki ilə qələbənin bir araya gəldiyi bir gündür. 1990-cı illərin əvvəlində Azərbaycan öz tarixi torpaqlarının bir hissəsini hərbi işğal nəticəsində itirdi. Bir milyondan artıq həmvətənimiz doğma yurdundan didərgin düşdü, uşaqlıq xatirələri qalan evlərinə, ata-baba qəbiristanlıqlarına, məktəblərinə otuz il gedə bilmədi. Beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin açıq şəkildə tanıdığı bu ədalətsizlik onilliklər boyu diplomatik yollarla həll oluna bilmədi".
N. Həmzəyev bildirib ki, 27 Sentyabr 2020-ci il tarixində başlayan hərbi əməliyyatlar Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində yeni mərhələ yaradıb:
"Məhz belə bir tarixi haqsızlıq şəraitində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək hüququndan istifadə etdi. 27 Sentyabr otuz il gözlənilən ədalətin gerçəkləşməsinin başlanğıcı idi. Bu yolda Azərbaycan çox baha qiymət ödədi. Minlərlə gənc oğul Vətən uğrunda canından keçdi, ailələr övladsız, analar övladsız qaldı. Amma onların qanı boşa getmədi. Məhz onların şücaəti sayəsində bu gün Qarabağda və Şərqi Zəngəzurda yenidən Azərbaycan bayrağı dalğalanır, köçkün düşmüş insanlar doğma torpaqlarına qayıdır, viran qalmış şəhərlər, kəndlər yenidən həyata qayıdır".
N. Həmzəyevin sözlərinə görə, 27 Sentyabr yalnız hərbi əməliyyatların başlanğıcı deyil, həm də sonrakı proseslərin əsasını qoyan tarixdir:
"Bu mənada 27 Sentyabr sadəcə hərbi əməliyyatların başlanğıcı deyil. Bu, bugünkü sülhün, regionda formalaşmaqda olan yeni əməkdaşlıq mühitinin təməl daşıdır. Şəhidlərimizin şücaəti olmasaydı, nə Zəngəzur dəhlizindən, nə də Cənubi Qafqazda uzunmüddətli sülh perspektivindən söhbət gedə bilməzdi. Onların fədakarlığı bu günün sülh şəraitinin təməlində dayanır və bu, unudulmamalıdır. Anım Günü bizə xatırladır ki, sülh özbaşına gəlmir, o, iradə, qətiyyət və bəzən ağır itkilər bahasına qazanılır. Bu gün Azərbaycan cəmiyyəti şəhid ailələrinin yanında olmaqla, onların xatirəsini əziz tutmaqla milli həmrəyliyini nümayiş etdirir. Bu, həm də gələcək nəsillərə mesajdır. Vətənin bütövlüyü və suverenliyi hər zaman qorunmalı, unudulmamalı dəyərlərdir".
N. Həmzəyev bildirib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri də həmin mübarizənin nəticələrindən biridir:
"Bu gün Qarabağda dinc həyat qurulur, məktəblər açılır, yollar çəkilir, köçkünlər qayıdır. Bütün bunların kökündə 27 Sentyabrda başlanan mübarizə və onda göstərilən qəhrəmanlıq dayanır. Ona görə də bu tarixi anmaq, keçmişə yas tutmaqdan daha çox, bugünkü sülhün qiymətini anlamaq və gələcəyə məsuliyyətlə yanaşmaq deməkdir".
Fəridə Əsədzadə

Sosial       Tarix: 27 sentyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. -ın məlumatına görə, sentyabrın 23-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat, Türkiyə lirəsi isə 0,0348 manat təşkil edib. Öz növbəsində, Rusiyanı

Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı

Abşeron rayonunun Xırdalan şəhərində dostunu bıçaqlayan şəxs həbs edilib. "Teleqraf"a istinadən xəbər verir ki, Nurlan (ad-soyad şərti verilib - red.) kafedə spirtli içki qəbul etdikdən sonra əvvəllər tanıdığı Hikmətl

Formula-1'lə bağlı mühüm dəyişikliklər

Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula-1" reqlamentində 2027-ci il mövsümündən etibarən tətbiqi planlaşdırılan bir sıra dəyişiklikləri razılaşdırıb. bu barədə FIA-nın rəsmi saytına istinadən xəbər verir

BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA

Bakı Dövlət Universitetinin qarşısında sıxlıq müşahidə olunub. Universitet ətrafında yaranan sıxlıqla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə tələbələrin universitetə giriş-çıxışı zamanı ərazidə sıx hərəkətlili

ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı

Azərbaycan iri maliyyə resursları hesabına istənilən texnologiyanı əldə edə bilsə də, ölkənin dayanıqlı inkişafında kadr potensialı və toplanmış təcrübə əsas rol oynayır. xəbər verir ki, bunu Prezident İlham Əliyev II Azərbayca

Sabirabadda ağır qəza: Ölən və yaralanan var - TƏFƏRRÜAT

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub. -ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi b

Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq

Sentyabrın 25-də Bakının bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:00-dan işlər başa çatanadə

Azərbaycan neftinin son qiyməti

Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2.48 ABŞ dolları və ya 1,96% azalaraq 123.46 ABŞ dolları olub. Bundan əvvə

Neft həftəni bu qiymətlə başladı

Dünya bazarlarında neft ucuzlaşmaqda davam edir. xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 101,64 dollara, yüngül neftin bir barreli isə 98,11 dollara təklif edilir


yeni xeberler azerbaycan xeberleri son xeberler kriminal bugun hava proqnozu sonxəbərlər xeberler bugun 2026