"3+3" çərçivəsində görüş Ankarada keçiriləcək - Çavuşoğlu
"Qarabağ mövzusunda "3+3" platforması çərçivəsində növbəti görüş Ankarada keçiriləcək".
Publika.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən fövqəladə iclasından sonra mətbuata açıqlamasında deyib.
Nazir bildirib ki, növbəti görüşdə Gürcüstan tərəfi də iştirak edə bilər.
Çavuşoğlu həmçinin azərbaycanlı həmkarı Ceyhun Bayramovla bu gün keçirdiyi görüşdən danışıb:
"Qardaş Azərbaycanla strateji münasibətlərin inkişafını müzakirə etdik. "3+3" əməkdaşlıq formatında Moskvada keçirilən ilk görüşün nəticələri barədə danışdıq".
Qeyd edək ki, dekabrın 10-da Moskva şəhərində Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə "3+3" formatında keçirilən regional platformanın ilk toplantısı baş tutub.

Ağcabədidə xalauşaqları evləndi - Araşdırmalar başladı
Xarici dil üzrə ölkə birincisi oldu
Xalq artisti Maqsud Məmmədovun dəfn olunacağı yer AÇIQLANDI
Zaqatalada avtomobil 55 yaşlı kişini öldürdü
Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs SAXLANILDI
Sumqayıtda DƏHŞƏT: Qəbiristanlıqda gənc oğlanın meyiti tapıldı
Azərbaycanın strateji valyuta ehtiyatları artdı
Manatla bağlı MÜHÜM PROQNOZ: ABŞ dolları ilə pul köçürmələri
Bazarda rekord ARTIM - Neft sürətlə qalxır
İran təhlükəsi: Ukrayna bu ölkələrə yardım edir
Psixiatriya xəstəxanasında müalicə alan şəxs öldürülüb? – Araşdırma aparılır
Aprelin 13-dən 19-dək... - XƏBƏRDARLIQ
ABŞ lideri məyus olub: İsrail Trampın hədiyyəsini vermədi
Hizbullahla toqquşma: 10 İsrail əsgəri yaralandı
TƏCİLİ: Pezeşkian Trampa ŞƏRT QOYDU: "Bunu etməsəz danışıqlar olmayacaq"