Sülh körpüsü' təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək

Sülh körpüsü' təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək"Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək.
azxeber.com xəbər verir ki, bunu Ermənistan mediasına "Sülh körpüsü" təşəbbüsünün əlaqələndiricisi, Cənubi Qafqaz Tədqiqatları Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib.
"Əlbəttə, əgər artıq beşinci görüş keçirilirsə və görüşlərimizin hər raundundan sonra iştirakçıların sayı artırsa, cəmiyyətlərimizin bu istiqamətə marağı çoxalırsa, bu, nailiyyətdir. Yəni dialoqun özünün aparılması, fikir mübadiləsi, bu prosesə cəlb olunan insanların sayının artması - bu, artıq nailiyyətdir", - o qeyd edib.
F.Məmmədovun sözlərinə görə, təşəbbüsün iştirakçıları artıq birgə iş və öz cəmiyyətlərində qarşılıqlı fəaliyyət təcrübəsinə malikdirlər. O vurğulayıb ki, Azərbaycan və Ermənistan cəmiyyətləri bir-birindən fərqlənir, fərqli gözləntilərə və dünya qavrayışına malikdirlər, buna görə də sülh gündəliyi kontekstində işləyərkən bu spesifikliyi nəzərə almaq lazımdır.
"Fikir ayrılığı yaradan mövzulara gəlincə, onlar, sözsüz ki var. Bu, çoxsaylı məsələləri əhatə edir. Lakin biz bütün bu mövzular üzrə dürüst və səmimi dialoq aparırıq. Cəmiyyətimizi nəyin narahat etdiyini, hansı mövzuların, səbəblərin olduğunu və nəyə nail ola biləcəyimizi göstərməyə çalışırıq. Bu problemlərin obyektiv və subyektiv səbəbləri var. Əgər, biz bütün problemləri qısa müddətdə həll edə bilmiriksə, istiqamətində konkret addımlar ata biləcəyimiz məsələlərə yönəlirik", - o bildirib.
F.Məmmədov əlavə edib ki, hər bir görüş səmimi söhbətdən ibarətdir və bu zaman həssas məsələlər də daxil olmaqla müzakirələr aparılır: "Bizdə qapalı mövzular yoxdur. Biz bir-birimizə suallar verə və onlara cavab ala bilirik".
Onun sözlərinə görə, təşəbbüsün formatı vətəndaş cəmiyyəti nümayəndələrinin dövlət strukturlarının nümayəndələri ilə birbaşa ünsiyyətini nəzərdə tutur. Xüsusilə, hazırkı görüş zamanı iştirakçılar iki saat ərzində Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyana suallar veriblər.
F.Məmmədov həmçinin qeyd edib ki, budəfəki görüşün fərqli cəhəti ümumi müzakirələrlə yanaşı, ekologiya, iqtisadiyyat, infrastruktur, humanitar əməkdaşlıq və media məsələlərini əhatə edən 6 tematik komitənin fəaliyyət göstərəcəyidir.
"Yəni növbəti mərhələdə nələr edə bilərik, dövlətlərimizə hansı təklifləri verə bilərik – çünki bu da bizim funksiyalarımızdan biridir. Həmçinin fikir ayrılıqlarını necə aradan qaldıra və sülh siyasətinin məzmununu necə zənginləşdirə bilərik", - o əlavə edib.

Siyasi       Tarix: 27 noyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev onlara müraciət ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb. müraciətin mətnini təqdim edir:. Sizi İğdır Universitetinin təşkilatçılığı ilə "İpək Yolunun yenidən dirçəlişi"

İlham Əliyev həqiqi hərbi xidmətlə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2027-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqınd

Prezident bu ölkə ilə hərbi-texniki əməkdaşlıq haqqında Sazişi təsdiqlədi

"Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş" təsdiq edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana görə, Sazi

İlham Əliyev Trampa təşəkkür etdi

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa TRIPP layihəsinin işə salınması münasibətilə ona ünvanladığı xoş sözlərə görə təşəkkür edib. Prezident İlham Əliyev bu barədə "X" hesabında paylaşı

Trampın adamı Bakıda: Əliyev telefon zəngində bunu xüsusi vurğulayıb, lakin…

"ABŞ-ın daxili təhlükəsizlik naziri Markveyn Mullinin Azərbaycana səfər edərək Prezident İlham Əliyevlə görüşməsi çox mühümdür". KONKRET.azxəbər verir ki, bu sözləri -a Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri

"Axşam nazir Ceyhun Bayramovla birlikdə "Sabah"a azarkeşlik edəcəyəm"

Bu axşam "Sabah" futbol klubuna azarkeşlik edəcəyik. KONKRET.azxəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib. Nazi

Ağrı dağının təsviri Ermənistanın gerbindən çıxarılacaq?

Ermənistanın dövlət rəmzlərinin taleyi ilə bağlı qərarı ölkə vətəndaşları referendum yolu ilə qəbul etməlidirlər. -a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirdiy

İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Monteneqronun Baş naziri Miloyko Spayiçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanla Monteneqronu

Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib

Monteneqro Prezidenti Yakov Milatoviç 2027-ci ildə Azərbaycana səfər etməyi planlaşdırdığını təsdiqləyib və iki ölkə arasında münasibətlərin dostluq xarakteri daşıdığını vurğulayıb. xəbər verir ki, bunu Monteneqro lider


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeber.az cebheden xeberler dunyada son xeberler cəbhədən son dəqiqə