35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olundu

35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunduAzərbaycanda 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub.
Bu barədə KONKRET.az-a TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, ötən ilin sentyabr ayından başlanılan qrip əleyhinə vaksiyanasiya prosesindən bu ilin yanvar ayının 1-dək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 34 148 nəfər qrip əleyhinə peyvənd olunub.
Peyvənd olunanlardan 4 min 431 nəfər 0-17 yaş aralığı, 29 min 717 nəfər isə 18 və daha yuxarı yaş qrupları üzrə şəxslərdir.
Qeyd edək ki, qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydana çıxma riski yüksək olduğu hallarda uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir.
Vaksinasiya prosesində Səhiyyə Nazirliyinin ölkəyə gətirdiyi "Abbott" şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatlarından istifadə olunur. Bu peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının və Avropa Şurasının tövsiyələrinə uyğunluq təşkil edir. Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə müraciət edə bilərlər.

Sağlamlıq       Tarix: 15 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir

Meyvə və tərəvəzlər sağlam qidalanmanın əsasını təşkil etsə də, mövsümündə yetişməyən məhsulların istehlakı ilə bağlı suallar tez-tez gündəmə gəlir. Xüsusilə istixanalarda yetişdirilən və xaricdən gətirilən məhsulların tərkibi

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Payızda bu təhlükə hər kəsi gözləyir? - Professor səbəbləri açıqladı

Payız aylarında havaların soyuması, günəşli günlərin azalması və mövsümi xəstəliklərin yayılması sağlamlığın qorunmasını daha da aktuallaşdırır. Bu dövrdə bir çox insan orqanizmdə vitamin və mineral çatışmazlığını müəyyənləşdirmək

Xərçəng xəstəsi ilə eyni evdə yaşamaq təhlükəlidirmi? – MÜHÜM AÇIQLAMA

Xərçəng xəstəliyi ilə bağlı cəmiyyətdə yayılan yanlış təsəvvürlərdən biri də onun yoluxucu olmasıdır. Halbuki xərçəng xəstəsi ilə eyni evdə yaşamaq, ünsiyyətdə olmaq, eyni qab-qacaqdan istifadə etmək və ya fiziki təmasd

Vərəm xəstələrinə görüntülü zəng məcburiyyəti: NECƏ OLACAQ?

Vərəm xəstələrinin dərman qəbuluna nəzarət məqsədilə görüntülü zənglər vasitəsilə yoxlanılması bəzi pasiyentlərin narazılığına səbəb olub. Belə ki, evində internet olmayan, yaxud internet paketi almağa maddi imkanı çatmaya

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Pomidor alarkən diqqətli olun: Tərkibindəki maddələr sağlamlığa zərər verə bilər

Payız-qış aylarında bazarlarda satılan pomidor və digər tərəvəzlərin təhlükəsizliyi yenidən müzakirə mövzusuna çevrilib. Mövsümdənkənar yetişdirilən məhsulların istehsalı zamanı istixanalarda kimyəvi gübrələrdən, pestisidlərdə


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezenesi cəbhədən yeni xəbərlər azerbaycanda son xeberler meherremlik 2026