38 yaşlı kişi məktəbli qızı qaçırdı, kirayə qaldığı evdə... – Bakıda AĞLASIĞMAZ HADİSƏ

38 yaşlı kişi məktəbli qızı qaçırdı, kirayə qaldığı evdə... – Bakıda AĞLASIĞMAZ HADİSƏBakının Xəzər rayonunda 1986-cı il təvəllüdlü Məmməd yetkinlik yaşına çatmayan Laləyə (adlar şərti verilib - red.) təcavüz edib.
azxeber.com Teleqraf.com-a istinadən bildirir ki, Məmməd 8 dekabr 2022-ci ildə "Tik Tok" sosial şəbəkəsində tanış olduğu Xəzər rayonu, Binə qəsəbəsində yaşayan Lalə ilə gəzintiyə çıxacaqlarını, evlənmək üçün qeydiyyat şöbəsinə gedəcəklərini vəd edib.
Məmməd Laləni aldadaraq, Binə südçülük sovxozu adlanan ərazidə yerləşən "Laçın" adlı orta məktəbin yaxınlığında onunla görüşüb. Lalə görüş zamanı Məmmədi ilk dəfə görərək yaşca çox böyük olmasını bildikdə ağlayıb və onunla getməkdən imtina edib.
O, qızın evə qayıtmasına imkan verməyib. Zorla onu şəxsiyyəti istintaqa məlum olmayan taksi sürücüsünün idarə etdiyi avtomobilə əyləşdirib. Qızı kirayədə yaşadığı evə gətirib.
Məmməd avtomobildə olarkən Lalənin şəxsiyyət vəsiqəsinə baxaraq, onun yetkinlik yaşına çatmadığını bilib. Həmdə onun kəmağıllı olmasını bilməsinə baxmayaraq ona qarşı seksual xarakterli hərəkətlər etməkdən çəkinməyib.
Bir müddət Laləni yaşadığı evdə saxlayıb, onu olduğu yer barədə valideynlərinə və ya kiməsə xəbər verəcəyi təqdirdə fiziki zor tətbiq edəcəyi ilə hədələyib. O, Lalə ilə onun iradəsi əleyhinə dəfələrlə cinsi əlaqəyə girərək təkrarən zorlayıb.
Daha sonra Lalənin mobil telefonla verdiyi məlumatdan sonra polis əməkdaşları tərəfindən onun saxlanıldığı yer müəyyən edilib və o, azad edilib.
İstintaq orqanı tərəfindən Məmmədin barəsində Cinayət Məcəlləsinin 144.3 (yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olmaqla adam oğurluğu törətmək), 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı zorlama) və 149.2.5 (təkrar zorlama) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş Lalə ilə "Tik-tok" sosial şəbəkəsində yazışmaqla tanış olub: "Daha sonra bir-birimizə mobil nömrələrimizi verdik, vatsap vasitəsi ilə əlaqə saxladıq. Lalə tanış olduğumuz ilk vaxtlarda 24 yaşı olduğunu və mənimlə ailə qurmaq istədiyini bildirdi. Əlaqə saxlayaraq onu qaçırmağımı təklif etdi. Mən də bu təkliflə razılaşdım".
Təqsirləndirilən şəxs qeyd edib ki, Binə südçülük sovxozu adlanan ərazidə yerləşən "Laçın" adlı orta məktəbin yaxınlığında Laləylə görüşüb:
"Laləni taksi ilə yaşadığım mənzilə apardım. Onu heç nəyə məcbur etmədim, zorla qaçırmadım. Qaçırmağımı o özü təklif etdi.
Evimə gəlmək üçün bütün əşyalarını o özü toplayıb, çanta ilə evimə gəlib. Mənim başqa niyyətim olmayıb. Yalnız ailə qurmaq məqsədilə Laləni mənzilimə gətirmişəm. Onun yetkinlik yaşına çatmadığını bilməmişəm. Çünki məni aldadaraq 24 yaşı olduğunu bildirib. Yalnız öz evimə gətirdikdən sonra şəxsiyyət vəsiqəsini görmüşəm və yetkinlik yaşına çatmadığını anlamışam".
Məmməd deyib ki, daha sonra Lalənin evinə geri qaytarmaq istəyib: "Lakin o, evə qayıtmaq istəmədi. Ailəsi ilə telefon əlaqəsi saxlayan zaman anası da qızını geri qaytarmamağı xahiş etdi. Anası evində bizim üçün şərait yaradacağını, evləndikdən sonra onların evində yaşamaımızı təklif etdi.
Lalə təxminən 3 gün evimdə qaldı. Bu müddət ərzində Lalayə toxunmamışam, onunla cinsi əlaqədə olmamışam. Həmin vaxt bütün bədənimdə, o cümlədən cinsiyyət orqanında çiban çıxıb və cinsi əlaqədə olmaq iqtidarında olmamışam".
İş üzrə zərərçəkmiş Lalənin sözlərinə görə, 15 yaşı var, orta məktəbdə oxumur:
"Məmmədlə "Tik-Tok" sosial şəbəkəsində yazışmaqla tanış olmuşam. Sonra mənə mobil nömrəsini, mən də ona öz mobil nömrəmi verdim. Bundan sonra telefonla əlaqə saxladıq. Məmməd telefonda məni gəzməyə aparacağını dedi. Gəzmək adı ilə məni öz evinə apardı. Ondan məni öz evimizə qaytarmasını xahiş etdim. Lakin razılaşmadı. Məni hədələyərək bıçaq göstərdi. Üç gün Məmmədlə birlikdə qaldım. O mənə evlənəcəyimizi demədi.
Məmmədin ailə üzvlərindən heç kimi tanımamışam. Onun evində olduğum müddət ərzində mənə dərman verdi. Həmin dərmanın nə üçün olduğunu bilməmişəm. Dərman məni yatızdırdı. Məmməddən mənə toxunmamağı xahiş etdim".
Zərərçəkmiş daha sonra deyib: "Qaçqınlar məktəbinin qabağına Məmmədlə görüşməyə mən özüm tək getdim. Məmməd məni anamın yanına getməyə qoymadı, məni maşınla başqa yerə apardı. Lakin hara apardığını demədi. Onda hara getdiyimizi soruşmadım.
Mən yalnız "Tik-Tok" sosial şəbəkəsindən istifadə etmişəm. Profil öz adıma olub, profilə öz şəklimi yox, uşaq şəkli qoymuşam.
Şəxsiyyət vəsiqəmi həmin gün Məmmədə göstərdim. O da mənim yetkinlik yaşına çatmadığımı bildi. Məmməd anamın polisə şikayəti nəticəsində tutuldu. Mən Məmmədin evindən çıxa bilməmişdim".
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Məmməd 13 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Sosial       Tarix: 13 dekabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber saytlari hava proqnozu dunya xeberleri metbuat xeberleri