"4-cü Marsol Zəfər Kuboku" intellektual yarışı keçirildi - FOTOLAR

1 noyabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Academy və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, "Unilegal Consulting" şirkətinin baş sponsorluğu və "Halal-P" şirkətinin sponsorluğu ilə 8 Noyabr – "Zəfər Günü"nə həsr olunan "Nə? Harada? Nə zaman?" adlı şirkətlərarası "4-cü Marsol Zəfər Kuboku" intellektual yarışması keçirilib.
azxeber.com xəbər verir ki, tədbirin açılışında İCMA-nın İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov, Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli, KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov, Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasov, Azərbaycan Biznesinin İnkişafı Fondunun müşaviri Namiq Zeynalov, Kapital Bankın Kiçik və Orta Sahibkarlarla iş departamentinin rəhbəri Nəsimi Xasıyev və "Unilegal Consulting" şirkətinin təsisçisi və direktoru Tofiq Hacıyev çıxış ediblər.
Çıxışçılar tədbirin əhəmiyyətini vurğulayaraq, sahibkarlıq mühitində intellektual inkişafın önəmini qeyd edib, yarış iştirakçılarına uğurlar arzulayıblar. Həmçinin Zəfər Gününün xalqımızın tarixi yaddaşında mühüm yer tutduğunu xatırladaraq, şəhidlərimizə rəhmət, qazilərimizə isə cansağlığı diləyiblər.
Marsol Group-un partnyoru olan 27 şirkət və dövlət qurumlarının təmsil olunduğu yarışmada ümumilikdə 200-ə yaxın iştirakçı bilik və məntiq yarışı aparıb. Gərgin və maraqlı keçən yarışmada komandalar müxtəlif mövzular üzrə suallara cavab verərək intellektual mübarizə aparıblar.
Yarışmanın yekununda "Birbank Biznes" komandası "4-cü Marsol Zəfər Kuboku"nun qalibi olub. "Roof Academic Training" şirkəti ikinci, "Pasha Life" komandası isə üçüncü yeri qazanıb. Qalib komandalar diplom, medal, pul mükafatı və dəyərli hədiyyələrlə təltif olunublar.
Tədbirin tərəfdaşları sırasında Dövlət Vergi Xidməti, Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA), Dövlət Məşğulluq Agentliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Azərbaycan Biznesinin İnkişafı Fondu və Birbank Biznes yer alıb. Yarışın promo tərəfdaşı "Moon Group", könüllü dəstəyi isə "İCMA Könüllüləri" və Marsol Academy tərəfindən təmin olunub.
www.marsol.az
www.icma.org.az

İqtisadiyyat       Tarix: 04 noyabr 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr - Zəfər Günü ərəfəsind

Minimum əməkhaqqı artırılacaq - Bu tarixdən

Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər. xəbər verir ki, bunu -a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Deputatın sözlərin

"Marsol Zəfər Kuboku"nun qalibi bəlli oldu: "Birbank Biznes" 5-ci dəfə çempion oldu - FOTOLAR

4 noyabr tarixində Marsol Academy və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, "Techno Shop" şirkətinin baş sponsorluğu "Inch Mark" və "Sonifer" şirkətinin sponsorluğ

"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO

30 oktyabr tarixində İşgüzar Quba–Şabran səfəri çərçivəsində Marsol Group üzvü olan sahibkarlar və region sahibkarlarının iştirakı ilə Quba rayonunda "İşgüzar Səhər Yeməyi" təşkil olunub. xəbər verir ki, görüşd

Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb

Azercell-in dəstəyi ilə keçirilən "AWS Agentic Football Cup" turnirində iştirakçıların hazırladığı süni intellekt agentləri virtual futbol matçlarında müstəqil qərarlar qəbul edib. Bu dəfə futbol meydanında qərarlar

Çipsiyə 1 manat aksiz vergisi tətbiq ediləcək

Çipsi aksizli mal olacaq, hər kiloqrama görə 1 manat aksiz vergisi tətbiq ediləcək. xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, çipsinin aksizli malların dairəsinə daxi

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic

Apple-ın ilk qatlanan smartfonu Kontakt-da satışa çıxdı: ilk Röya Ayxanı sevindirdi

Apple-ın ilk qatlanan smartfonu iPhone Duo artıq Azərbaycanda rəsmi satışdadır. Yeni modelin satışına oktyabrın 30-da start verən Kontakt ilk gündən böyük maraqla qarşılaşıb. Oktyabrın 29-dan 30-na keçən gecə isə öncədə

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Şəkidə "Qəhrəmanlar Bağı" layihəsi həyata keçirilib

Qırmızı Ürəklər Fondu 2021-ci ildən etibarən I və II Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə ölkənin bir sıra şəhər və rayonlarında ağacəkmə aksiyaları həyat


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son məlumat cəbhədən video son xeberler 2026 az xeber