5 ay əvvəl Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlıların meyitləri tapıldı
Beş ay əvvəl Rusiya-Ukrayna müharibəsində həlak olan iki azərbaycanlının meyitləri tapılıb.
azxeber.com xəbər verir ki, bu barədə "Lent.az"a Moskvada yaşayan azərbaycanlı icma rəhbərlərindən biri məlumat verib.
Qeyd olunub ki, Rusiya ordusunun tərkibində döyüşən 38 yaşlı Səmədov Şair Zahid oğlu hazırda müharibənin davam etdiyi Kursk vilayətinin Daryino Sudjansky rayonunda həyatını itirib.
Məlumata görə, mərhum ötən il dekabrın 5-də həlak olub və meyiti küçədə qalıb. Daryino Sudjanski rayonu Rusiya ordusu tərəfindən azad edildikdən sonra onun da meyiti tapılaraq, aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, mərhum Saatlı rayonu Əhmədbəyli kəndində doğulub, 2 uşaq atası olub.
Onunla yanaşı, Həsənov Ruslan Loğman oğlu da ötən ilin dekabrında Kursk vilayətində gedən döyüşlər zamanı həlak olub. Onun da meyiti mart ayında tapılaraq, Volkovski qəbiristanlığının Fəxri Vətəndaşlar Xiyabanında dəfn edilib.
Ruslan Həsənov Sverdlovsk vilayətinin Kamensk-Uralski şəhərində doğulub boya-başa çatıb. O, ölümündən sonra "Şücaət" ordeni ilə təltif edilib.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA