5 dəqiqəyə 20 minin xərclənməsi... - "TikTok"da çirkli pullar necə yuyulur?

5 dəqiqəyə 20 minin xərclənməsi... - Zaman-zaman sosial şəbəkələrdə əndazəni aşan şəxslərə qarşı hüquq çərçivəsində ciddi tədbirlər görülsə də, bu, bəzən başqalarına dərs olmur. Bu mövzuda dırnaqarası xüsusi fərqlənən isə "TikTok"dur. Çünki burada həm də pul qazanmaq olur. Bu maraq bəzilərini sosial platformada fenomen olmağa can atdırır. Bunun üçün bəzən savad, bilik yox - tərbiyəsizlik, əxlaqsızlıq, soyunmaq, təhqir etmək, ağzına gələni danışmaq lazımdır. Bu nə bizim iddiamızdır, nə də "TikTok"un daxili qaydası. Bu, hamının gördüyü, gəldiyi nəticədir. Bu şəxslər üçün tez bir zamanda "məşhurlaşmağın" başqa yolu yoxdur.
Biz istəsək də, istəməsək də bu şəxslərin videosunu görürük, qarşımıza çıxır. Amma əlimizdən bir şey gəlmir, biz bu insanları dəstəkləməsək də, özlərinin ayrıca imkanlı dəstəkçiləri var ki, bu barədə bir qədər sonra.
"Qafqazinfo"nun məlumatına görə, ötən gündən başlayaraq "TikTok"da özlərini apara bilməyən, tərbiyəsizliyi təbliğ edənlərə qarşı əməliyyat keçirilib və bir sıra şəxslər saxlanılıb. Bu, ilk növbədə cəmiyyətin polisə kütləvi çağırışı idi. DİN-in məsələyə həssas yanaşması, tədbir keçirməsi, anında cəmiyyətin çağırışına haray verməsi ötən günün hadisəsi kimi dəyərləndirilə bilər. Elə bunun nəticəsidir ki, bu mövzuda hər paylaşımın şərh bölümündə Azərbaycan polisinə təşəkkür edilir.
Digər tərəfdən bu fikirdə olanlar da var ki, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində əxlaqsızlığı təbliğ edən tiktokerləri gözləyən məsuliyyət və cəza yoxdur. Amma nəzərə almaq lazımdır ki, DİN sadəcə, bu şəxslərin saxlanılmasını təsdiqləyib, araşdırmanın davam etdirildiyini bildirib. Çünki burada məsələ həm də təkcə tərbiyəsizliyin təbliği deyil...
Yuxarıda qeyd etdiyimiz kimi, tiktokerlərə qarşı kürtləvi marağın olması burada təkcə əyləncə xarakteri daşımır. "TikTok"da əsas məsələ iqtisadi maraqlar, maliyyə dövriyyəsidir. Hansısa formalarda oyuna cəlb edilmiş şəxslər əyləncə adı altında vəsaitləri xaricə çıxarır. Yəni, oyunlarda iştirak edən şəxslər vəsaitləri kriptovalyuta dövriyyəsinə yönəltməklə hesabatdan gizlədilmiş formada gəlirlər əldə edir. Oyunları əyləncə adı altında keçirən şəxslərin üzərlərindən yüzlərlə ayrı-ayrı banklara məxsus kartların aşkarlanması faktı varsa, bu, onların əsas maliyyə hədəfləri olmasını aydın göstərir. Digər tərəfdən hər bir iştirkaçıya oyunun guya əyləncəli olmasını artırmaq məqsədilə 500-1000 manat pul vəsaitlərinin verilməsi də qaranlıq məqamlar sırasındadır.  
Bu proses həyata keçirilərkən bir neçə faktor nəzərə alınır. Əvvəlcə, bank kartlarından oğurlanan, o cümlədən çirkli pulları yumağa çalışan şəxslər tiktokerlərlə anlaşır, onlara müəyyən məbləğ göndəriləcəyi və pulun bir hissəsinin geri qaytarılacağı bildirilir. 20-25 faiz qazanc vəd edilən tiktoker bu virtual hədiyyələri qəbul edərək sonradan məbləği nağdlaşdırır və çirkli pulların yuyulmasında beləcə iştirak edir.  
Təbii ki, bizim əlimizdə hər hansı fakt olmadan kimisə çirkli pulların yuyulmasında ittiham edə bilmərik. Bu, hüquq-mühafizə orqanlarının əməkdaşlarının səlahiyyətində olan məsələdir. Daxili İşlər Nazirliyinin də açıqlamasında qeyd olunduğu kimi, məsələ araşdırılır.
Lakin "TikTok"dakı fantastik məbləğlər şübhə məqamı da yaradır. Çünki bu insanların fərdi bir istedadı yoxdur, hansısa elmi araşdırma iştirakçısı, ixtiraçı, alim, mühəndis deyillər. O zaman sual yaranır: Cəmiyyət üçün faydalı iş əmsalı sıfıra bərabər olan bu şəxslərə niyə bahalı hədiyyələr göndərilir? Axı bu hədiyyələr misal üçün, planetini xilas edəcək layihələrin gerçəkləşdirilməsinə dəstək məqsədilə göndərilmir.
Əyləncə məqsədilə göndərilməsi də inandırıcı deyil. Tutaq ki, özünü şairə kimi təqdim edən "Dvijeniya İlhamə"nin bir məclisdə ortalığa düşüb özünə yaraşdırdığı "rəqs"i nümayiş etdirməsinin ödənişi nə qədər olar? Maksimum 100 AZN. Bax, onda sual yaranır ki, bu və bu kimi şəxslərə niyə bahalı-bahalı hədiyyələr göndərilir?
Təqdim etdiyimiz video diqqətimizi çəkməyə bilməz. Təxminən 5 dəqiqəlik videoda Azər Zahidin təşkil etdiyi yarışa qatılan iştirakçının getməsi üçün 20-dən çox "TikTok"un ən bahalı hədiyyəsi göndərilir ki, bunun da qiyməti 600 dollar civarındadır. İndi yenə sual yaranır, bu adam müğənni, hansısa efirdə keçirilən səs, muğam yarışmasının iştirakçısı da deyil, adi tiktokerdir - onun yarışdan getməsinə 5 dəqiqə ərzində niyə 20 min manat pul xərclənir? Bu pulu 5 dəqiqə ərzində "yoxa çıxarmaq" bu qədərmi asandır?

/ azxeber.com

Sosial       Tarix: 24 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind


son xeberler yeni xeberler azerbaycan xeberleri metbuat futbol xeberleri cəbhədən görüntüleri xabarlar