5 futbolçunu əvəz etməyə icazə verildi - Futbolda YENİLİK
Oyunlara yeni qaydaların tətbiqi ilə məşğul olan qurum - Beynəlxalq Futbol Assosiasiyaları Şurası futbolçuların əvəz olunmasına dair yeniliyi təsdiqləyib.
Yeni qaydaya əsasən, pandemiyaya görə dayandırılan milli çempionatlar bərpa olunandan sonra komandalara hər oyunda 5 əvəzləməyə icazə veriləcək.
Vaxt itkisinin qarşısını almaq üçün bunların 3-ü oyun, 2-i isə fasilə zamanı edilməlidir. Əgər hər iki komanda eyni məqamda dəyişiklik etsə, bu, onların hər birinin 3 əvəzləmə limitinə aid olacaq. Oyun əlavə vaxta kimi uzanarsa, istifadə edilməyən oyunçu dəyişiklikləri və əvəzləmə limiti də həmin uzatma dəqiqələrinə tətbiq ediləcək.
Eyni zamanda, turnirin reqlamentinə əsasən, əlavə vaxtda komandalara daha bir dəyişiklik imkanı verilirdisə, indi hər iki komandanın əlavə olaraq daha 1 oyunçunu əvəz etmək hüququ olacaq. Bu isə o deməkdir ki, görüş ərzində 5 oyunçunun dəyişilməsi və 3 əvəzləmədən istifadə edilib-edilməməsindən asılı olmayaraq, 6-cı əvəzləmə də mümkündür.
İyunun 1-dən tətbiq edilən yeni qayda 2020-ci il dekabrn 31-ə kimi qüvvədə olacaq. Bununla bağlı milli assosiasiyalara müvafiq məktub göndərilib.
Bu qaydalardan istifadə olunub-olunmaması yerli federasiyaların ixtiyarına verilir. (trend) /publika.az

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır