52 yaşlı məşhur aktyor İstanbula köçəcək
Bütün dünyada böyük əks-səda doğuran "La Casa De Papel" serialında "Berlin" obrazını canlandıran məşhur aktyor Pedro Alonso ötən gün İstanbula gəlib.
azxeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, jurnalistlərlə qısa söhbət edən Alonso İstanbula olan marağından və burada yaşamaq istədiyindən danışıb.
Şəhər sevgisindən tez-tez danışan sənətçinin İstanbuldan ev almaq istədiyi öyrənilib.
Alonsonun Boğaziçi mənzərəli yerlərdə ev axtarmağa başladığı da məlum olub.
İstanbulda layihə çəkmək istəyən aktyor tarixi yerləri və bəzi küçələri araşdırmağa başlayıb. Ayağının tozu ilə Cihangirdə balıqçıya gedən məşhur aktyor iş adamı Can Batmaz və Elem Güçün qonağı olub.
Jurnalistlərlə görüşən Alonso bunları deyib:
"İstanbulu çox sevirəm, dördüncü səfərimdir. Türkiyənin coğrafiyası möhtəşəmdir, Boğaz mənzərəsi məni valeh edir. Burada yaşayıb qocalmaq istəyirəm".
Mikayıl
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var