6 aylıq uşağımı adyala büküb zorla binadan çıxa bildim - Zərərçəkən
Türkiyədə baş verən zəlzələ nəticəsində yaşadığımız bina gözümüzün qarşısında uçdu.
Bunu trend-ə açıqlamasında Türkiyədəki zəlzələdən zərərçəkən Ülviyyə Həsənova deyib.
O bildirib ki, övladını binadan zorla çıxarıb: "Gecə saat 4 radələrində hər şey qəfil oldu. Bina gözümüzün önündə uçdu. 6 aylıq uşağımı adyala büküb zorla binadan çıxa bildim. Azərbaycana gəlməsəydik, bəlkə də vəziyyətimiz daha pis olardı. Canımızı götürüb qaçdıq. Allah yardım edən hər kəsə kömək olsun. Azərbaycan Prezidenti İlham Əliyev var olsun ki, bizim Bakıya gəlməyimizə şərait yaratdı. Hazırda bizi həkim nəzarətində saxlayırlar. Uşağım 6 aylıqdır".
Qeyd edək ki, Türkiyədə ağır zəlzələdə yaralanan 10 uşaq Azərbaycana gətirilib. Onlardan 6-sı oğlan, 4-ü isə qızdır. Onlar Elmi Tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib. Müayinələr bitdikdən sonra uşaqlar valideynləri ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan sığınacağa göndəriləcəklər.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, ardınca Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub. / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
Ukrayna Krımda dəmir yolu körpüsünü vurdu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO