74 ildən sonra BİR İLK: Türkiyə ABŞ-ı Ağ Evdə necə diz çökdürdü?

74 ildən sonra BİR İLK: Türkiyə ABŞ-ı Ağ Evdə necə diz çökdürdü?Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri tarixi proseslər zəncirinin halqalarını birləşdirdikdən sonra bir çox mətləbləri ortaya qoyub.
Publika.az xəbər verir ki, "Xəbər7" portalının yazarı Mehmet Acet bu proseslərlə bağlı iddialı köşə qələmə alıb.
Həmin məqaləni təqdim edirik:
"2002-ci ilin son ayına gedək.
ABŞ prezidenti Corc Buş ilə Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan dekabrın 11-də, yenə bir çərşənbə günü, yenə eyni saatda Ağ Evdə bir araya gəlmişdi.
Ərdoğanın bir ABŞ prezidenti ilə ilk görüşü olacaqdı bu.
Amerikalılar hiyləgərcəsinə bir taktika işlətmişdilər. Ölkəsində siyasət qadağası davam etdiyi üçün millət vəkili ola bilməyən AKP sədrini Ağ Evdə qonaq edərək "biz onu tanıyırıq" deyəcəklər, amma qarşılığında sonradan önünə qoymaq üçün bir sıra öhdəliklər istəyəcəklər.
İraqda ABŞ müdaxiləsinin ayaq səslərinin eşidildiyi dövrlər idi.
Buş əvvəlcədən planlaşdırıldığı formada Ərdoğanı yoxladı, söz almağa çalışdı. Ancaq Ərdoğan tələyə düşmədi. "Türkiyəyə geri qayıdanda dostlarla dəyərləndirmələrimizi aparar və qərarımızı verərik" dedi və başından etdi.
"Bu iş bitdi" deyilən anda açılan səhifələr
Uzun illər prezident Ərdoğanın A komandasında yer alan Yalçın Akdoğan qələmə aldığı köşəsində Türkiyə-ABŞ münasibətlərinin xarakteristikasını açıqlayan diqqətçəkici sözlər işlədib. Akdoğan keçmiş dövrlərdə Ağ Evdə keçirilən görüşlərdən əvvəl yayılan mənfi atmosferə işarə edərək bu təsbiti yazıb: "Keçmişdə elə çətinliklər və böhranlar yaşadıq ki, "bu iş bitdi" deyilən anda yeni səhifənin açıldığına şahid olduq".
Ərdoğan ötən gün Türkiyə vaxtilə 20:00-da Ağ Evdə 17 il boyunca münasibət saxladığı ABŞ prezidenti ilə görüşdü. Bu iş səyahətinin yenə Yalçın Akdoğanın ifadəsi ilə "sıxıntılı, çətin və gərgin" prosesdə keçdiyini bilirik.
İşin belə bir reallığı var:
1945-ci ildən başlayan proseslərdən sonra Türkiyə ABŞ-a qarşı son 74 ilin ən qüvvətli dövrünü yaşayır. Əksinə desək, ABŞ-ın Türkiyə üzərindəki təsiri heç vaxt bu qədər zəifləməyib. Xüsusilə, 15 iyul dövlət çevrilişinə cəhdin öhdəsindən gəlməklə yeni eranın başlanğıcı oldu deyə bilərik.
"Əlini versən, qolunu qopararlar"
Ərdoğanın ABŞ mövqeyindən Trampın istifadə etdiyi ifadə ilə "tough" müzakirəçi olmasının pərdə arxasında uzun siyahı halına gələ biləcək yaşantıların təsiri yox hesab edilə bilərmi? Yay aylarında S-400 böhranının dərinləşdiyi dövrdə təhdidlər, şantajlar havada uçurdu. Ankarada vəzifə sahibi insanlar axsayarkən prezident bir millimetr də hərəkət etmədi. Bir xəbər qaynağımızın ifadəsi ilə desək, Ərdoğan ətrafındakı bəzi şəxslərlə təkbətək görüşlərində "yoxsa sən də mi bu işə qarşı çıxırsan" sualını verib. Bu davranışı dəstəkləyən faktorlardan biri, heç şübhəsiz, Ərdoğanın ABŞ-a qarşı bəslədiyi etibarsızlıq duyğusu idi. Geri addım atması təqdirində "əlini versən, qolunu qopararlar" vəziyyətinə çevriləcəyini düşünürdü. Qapalı qapılar arxasında keçirilən görüşlərdə, partiya toplantılarında kənara göstərdiyi münasibət bu idi.
"Model əməkdaşlıqdan "Ərdoğan getsin, Əsəd qalsın" siyasətinə..."
2008-ci ildə Barak Obama prezident seçildikdən sonra ilk xarici səfərini Türkiyəyə etmişdi. TBMM-dəki çıxışında "model əməkdaşlıq" təklifini vermişdi. İlk vaxtlarda münasibətlər heç vaxt olmadığı qədər mülayim atmosferdə idi. Lakin sonra Obamanın Türkiyə üçün təklif etdiyi model əməkdaşlıq İsrailin Yaxın Şərqdə yalnızlaşmasına yol açan nəticələr verəndə əməkdaşlıq axtarışlarının yerini cəzalandırma cəhdləri tutdu.
Xüsusilə, 2013-cü ildən etibarən...
17 may 2013-cü ildə Ağ Evdə Ərdoğanın rəhbərliyi ilə türk heyəti və Obamanın rəhbərlik etdiyi ABŞ heyəti arasında keçirilən görüş Vaşinqtonun mövqeyindən Türkiyəni cəzalandırma siyasətinə istiqamətlənmənin başlanğıcı olaraq görülə bilər.
Obama o görüşdə Suriya siyasətini dəyişdirməkdən söz açmışdı. Artıq Türkiyə ilə birlikdə hərəkət etməyəcəkdi.
"Əsəd gedərsə, yerinə kim gələr" sualını verdi.
O görüş baş tutduqdan sonra ortaya çıxan proseslər "Əsəd qalsın, Ərdoğan getsin" şablonuna uzanacaq formada qarşımıza çıxdı.
Elə olmadımı?
Ərdoğan ABŞ-dan qayıdandan sonra "Gezi olayları" başladı".
Zümrüd /publika.az

Dünya       Tarix: 14 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

Məhkəmədən İranın vurduğu sərnişin təyyarəsi ilə bağlı qərar

Kanada məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan 6 nəfərin ailələrinə 84 milyon dollar təzminat müəyyənləşdirib. "Milliyet"ə istinadla xəbər verir ki, Ontario əyalətinin Ali Ədalə

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

NATO-Rusiya Şurasının iclası bu tarixdə keçiriləcək

Rusiya-NATO görüşü yanvarın 12-də keçiriləcək. xəbər verir ki, bu barədə "Röyters" agentliyi Şimal Alyansının rəsmi nümayəndəsinə istinadən məlumat yayıb. Görüşün yeri məlum deyil, lakin bunun münasibətlərin aydınlaşmas

Tacikistanda 4,2 bal gücündə zəlzələ oldu

Tacikistanda 4,2 bal gücündə zəlzələ baş verib. -ıın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əhalisi təxminən 11 min nəfər olan Murqob şəhərindən 69 kilomet

"Taliban"la Türkmənistan sərhədçiləri arasında TOQQUŞMA

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub. Bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti yazıb. Qəze


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler bugun 2026 azerbaycan xabar az cəbhədən xəbərlər cəbhədən son xəbər