8 Noyabr prospektində avtobus və velosiped zolaqları təşkil ediləcək
Bakıda 8 Noyabr prospektində yenidənqurma işləri çərçivəsində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin və mobilliyin artırılması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yeni layihə hazırlayaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edib.
azxeber.com bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, layihədə tətbiq olunacaq yanaşma Şurada aidiyyəti qurumların iştirakı ilə razılaşdırılıb.
Beləliklə, görülən işlər çərçivəsində 8 Noyabr prospektində avtobus zolaqları təşkil ediləcək, ayrılmış velosiped zolaqları salınacaq, işıqlandırma səviyyəsi yaxşılaşdırılacaq, bufer zona tətbiq ediləcək, hərəkət zolaqlarının sayı eyni saxlanılacaq.
8 Noyabr prospektində xüsusi avtobus zolağı daha çox sərnişinin daşınmasına imkan yaradacaq. Zolağın təşkili ilə avtobusların orta hərəkət sürəti artacaq, sərnişinlərin səfər müddəti isə azalacaq.
"İctimai nəqliyyat hərəkət cədvəlinə uyğun fəaliyyət göstərir, onun tıxacda qalması və ləngiməsi bütün xətt boyunca intervalların pozulmasına gətirib çıxarır. Buna görə də avtobus üstünlüyünün təmin edilməsi məhz tıxac olan küçələrdə lazımdır. 8 Noyabr prospektində nəqliyyat vasitələrinin hərəkət istiqamətində, prospektin sağ və sol kənarlarında ümumi uzunluğu 10 km-ə yaxın velosiped yolları da salınacaq. Sözügedən velosiped yolları "bufer zona"lar vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsindən ayrılacaq. İşlər yekunlaşdıqdan sonra 8 Noyabr prospektinin kənarlarında yerləşən yaşayış sahələri, sonda isə Xətai rayonunda yerləşən Polad Həşimov qəsəbəsi şəhər mərkəzi ilə əlaqələndiriləcək. Həmin yaşayış sahələrinin sakinlərinin mikromobillik zolaqlarına əlçatanlığı təmin ediləcək. Növbəti mərhələlərdə isə həmin velosiped yolları şəhər mərkəzindəki mikromobillik zolaqları ilə əlaqələndiriləcək", - deyə məlumatda qeyd olunub.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR