80 minlik ordu təlimlərə başladı - Azərbaycan da izləyəcək
Rusiya Silahlı Qüvvələri "Qafqaz-2020" strateji təlimlərinə başlayıb.
Publika.az xəbər verir ki, 21-26 sentyabr tarixlərində baş tutacaq və 80 mindən çox hərbçinin qatıldığı təlimlər Rusiyanın cənubundakı hərbi poliqonda start götürüb.
İştirakçılar Milli Qvardiya, Fövqəladə Hallar Nazirliyi, Hava Hücumundan Müdafiə Qüvvələri, Hərbi Dəniz Qüvvələri, logistik və texniki dəstək və döyüş qoşunlarının hərbçilərindən ibarətdir.
Təlimi Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun idarə edəcəyi bildirilib.
Qoşunların əsas əməliyyatları Cənubi Hərbi Dairədəki "Prudboy", "Aşuluq", "Kapustin Yar", eləcə də "Arzgir" və "Kopanskaya" hava poliqonlarında, həmçinin Qara və Xəzər dənizlərinin sularında keçiriləcək.
Təlimlərə 200 tank, 450-ə qədər piyada döyüş maşını və zirehli heyət daşıyıcısı, 200-ə qədər topçu və çoxsaylı raket sistemi cəlb olunub.
Sulara aid 40-a yaxın döyüş gəmisi və əlavə kiçik gəmi, 3 mindən çox Xəzər Dəniz Donanmasının birləşmələri və hərbi hissələrinin hərbçiləri, habelə 10 təyyarə "Qafqaz-2020" təlimlərinə qatılacaq.
"Qafqaz-2020" təlimlərinə Ermənistan, Belarus, Çin, Myanma və Pakistandan 1000-ə qədər hərbçi dəvət edilib. Azərbaycan, İndoneziya, İran, Qazaxıstan, Tacikistan və Şri-Lankadan nümayəndələrin müşahidəçi qismində iştirak etməyi planlaşdırılıb.
Zümrüd
Xidmetler [newsid: 0-123300]

Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu
Rejim dəyişikliyi yoxsa hakimiyyətin xilası? – İranda nələr baş verir?
Fərhad Mehdiyevin qızı faciəvi şəkildə həyatını itirdi
Ağ Ev yaxınlığında HƏYƏCAN - Hücum edildi
Əməkdar mədəniyyət işçisi ağır qəzaya düşdü - Fotolar
DÇ-2026: Argentina və Fransa mübarizəyə qoşulur
Fransa və Argentina mübarizəyə qoşulur - DÇ-nin təqvimi
Türkiyədə avtomobilin dərəyə aşması nəticəsində 3 uşaq ölüb
Avropa Liqası: "Qarabağ"ın rəqibi bəlli olacaq
Mən olmasaydım, İsrail mövcud olmazdı - Tramp
ABŞ bu ölkədə silah anbarı tikir
SON DƏQİQƏ! ABŞ–İran anlaşmasının TAM MƏTNİ
SON DƏQİQƏ! İranda şok: İnsanların evinə basqın edildi
Yeni Dövlət Proqramı aqrar sahədə intensiv inkişaf modelinə keçidi sürətləndirəcək
Məşhur rəqqasə qardaş dediyi iş adamı ilə sevgili oldu