82 ildir itkin idi, qalıqları Rusiyada tapıldı - Foto
II Dünya Müharibəsində itkin düşmüş əsgərin qalıqları tapılıb.
KONKRET.azAPA-ya istinadən xəbər verir ki, Lerik rayonunun Hoveri kənd sakini olan Məmməd Xudaverdiyevin cəsədinin qalıqları 82 il sonra Rusiyanın Smolensk vilayətində aşkarlanıb.
O, 1942–1943-cü illərdə II Dünya Müharibəsində iştirakçısı olub.
2025-ci ilin fevral ayının əvvəlində Rusiyanın "Krasnoarmeets" axtarış qrupu Smolensk vilayətinin Duxovşinski rayonu ərazisində apardığı ekspedisiya zamanı səngərdə bir-birindən bir metr aralıda tapılan dörd əsgərin qalıqlarını aşkar edib.
Onlardan birinin şəxsiyyəti onunla birlikdə tapılan, üzərində baş hərfləri və soyadı – "M.F.Xudaverdiyev" yazılan metal qaşıq vasitəsilə müəyyənləşdirilib. Daha sonra aparılan arxiv araşdırmaları nəticəsində həmin əsgərin 1918-ci il təvəllüdlü, Lerik rayonunun Hoveri kəndindən olan Məmməd Fəttahoviç Xudaverdiyev olduğu təsdiqlənib.
Qeyd edək ki, Xudaverdiyev 1942-ci ildə Azərbaycan SSR-dən hərbi xidmətə çağırılıb və 134-cü atıcı diviziyanın tərkibində döyüşlərdə iştirak edib. O, 1 iyun 1943-cü ildə Smolensk vilayətinin Verdino kəndi yaxınlığında yerləşən yüksəkliklər uğrunda gedən döyüşdə itkin düşmüş hesab olunurdu.


Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Masazırda ağır qəza: ölən var