Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisadi və ticarət fəaliyyətinə müəyyən manevr imkanları yaradır".
Bu fikirləri politoloq Məhəmməd Əsədullazadə KONKRET.az-a açıqlamasında səsləndirib:
Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?"Məsələ ondadır ki, bu təşəbbüs Tramp administrasiyasından gəlsə də, ABŞ Konqresində bununla bağlı fərqli yanaşma mövcuddur. Konqres artıq Amerika banklarına müraciət edərək Rusiya ilə ticarət müqavilələri çərçivəsində maliyyə köçürmələrinin qarşısının alınması istiqamətində mövqeyini ortaya qoyub. Rusiya gəmilərinin okeanda gözləməsi də bu məhdudiyyətlərin yaratdığı çətinliklərin göstəricisidir. Düşünürəm ki, Konqres Rusiyanın ABŞ bazarında dizel yanacağı satışına imkan verilməsinə qarşı çıxacaq.Ümumiyyətlə, ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları yumşaltması münaqişənin həllinə də müsbət təsir göstərməyəcək. Çünki biz görürük ki, Rusiya bu addımlara baxmayaraq, Ukraynaya qarşı hücumlarını davam etdirir, dəmir yolu infrastrukturunu və digər strateji obyektləri hədəfə alır. Eyni zamanda, Ukraynanın enerji infrastrukturuna qarşı hücumlar da yenidən intensivləşib".
Poltitoloq Hesab edir ki, Əbu-Dabidə danışıqlar prosesi baş tutsa belə, hazırkı mərhələdə müharibənin dayandırılması istiqamətində ciddi irəliləyiş gözləmək çətindir.
"Çünki Moskva danışıqlar fonunda belə hərbi təzyiq siyasətindən imtina etmir. Proses faktiki olaraq dalana dirənib və tərəflər arasında mövqelərin yaxınlaşması üçün hələ real zəmin formalaşmayıb".
Əsədullazadə qeyd edib ki,  sanksiyalarla bağlı hissədə bir mühüm məqam var:
"26 oktyabrda ABŞ senatorları və konqresmenləri banklara, limanlara və yanacaq şirkətlərinə Rusiya dizelinin idxalı ilə bağlı xəbərdarlıq məktubları göndəriblər. Bununla belə, gəmilərin artıq ABŞ-a doğru hərəkət etdiyi barədə məlumatlar da var. Buna görə onların idxalının qarşısının qəti alınacağını deyil, hüquqi və siyasi maneələrlə üzləşə biləcəyini demək daha dəqiqdir".
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 31 oktyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir' - İlham Əliyev

"Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafına, həmrəyliyin və qarşılıqlı dəstəyin möhkəmləndirilməsinə xüsusi önəm verir və bu istiqamətdə daim səylər göstərir". AZƏRTAC-a istinadə

Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı

MHP sədri Dövlət Bağçalı Azərbaycan-Türkiyə qardaşlığının siyasi və diplomatik məsələlərdən daha dərin olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, Türkiyə Cümhuriyyətinin 103-cü, Türk respublikalarının müstəqilliyini

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən ən son xəbərlər axsam.az xeberler son xəbərlər azərbaycanda valyuta mezennesi banklar