A.Səmədov: "Pandemiyadan siyasi mübarizədə faydalanmağa çalışanlar xalqa xəyanət edirlər

A.Səmədov: "Pandemiyadan siyasi mübarizədə faydalanmağa çalışanlar xalqa xəyanət edirlərA.Səmədov: "Pandemiyadan siyasi mübarizədə faydalanmağa çalışanlar xalqa xəyanət edirlər"
Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyaların sədrlərinin və nümayəndələrinin iştirakı ilə videkonfrans formatında "Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağırışlar" mövzusunda keçirilən tədbir mühüm əhəmiyyətə malikdir.
Videokonfransda "Pandemiya dövründə dövlət başçısının siyasətinin prioritetinin insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsi olduğu, bütün zəruri qabaqlayıcı tədbirlərin görüldüyü, xəstələrin ödənişsiz müalicəsi üçün onlarla xəstəxana ayrıldığı, eləcə də 10 müasir modul tipli xəstəxana tikildiyi, zəruri tibbi avadanlıqlar alındığı, qısa müddət ərzində ölkədə lazımi tibbi ləvazimatların istehsalına başlanıldığı, habelə iqtisadi sabitliyin və məşğulluqla bağlı problemlərin həlli üçün 3,5 milyard manatdan artıq dəstək paketi qəbul olunduğu, 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanılmaqla, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsinin dövlət tərəfindən ödənildiyi, bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimumuna uyğun olaraq vəsait ödənilməsinin təmin olunduğu və bu işin davam etdirildiyi, eləcə də vergi ödəyiciləri üçün vergi güzəştləri və vergi tətillərinin nəzərdə tutulduğu" xatırladılaraq, ölkədə fəaliyyət göstərən siyasi partiyaların böyük əksəriyyətinin məsuliyyətli davrandığı və görülən böyük işlərə obyektiv qiymət verdikləri qeyd olundu. Pandemiya şəraitində xüsusilə mühüm əhəmiyyət kəsb edən maarifləndirmə işinin aparılmasında partiyalar yaxından iştirak etdilər və əhalinin sağlamlığının qorunmasında əllərindən gələni etməyə çalışdılar. Müxalifətdə, yaxud iqtidara yaxın mövqedə dayanmasından asılı olmayaraq, dövlətçilik mövqeyində dayanan partiyalar firqə maraqlarından çıxış etmədilər və xalqın mənafeyini hər şeydən üstün tutduqlarını bir daha sübut etdilər.
Eyni zamanda, Azərbaycan hakimiyyətinə deyil, dövlətinə qarşı müxalifət mövqeyində dayanan "beşinci kolon partiyaları" öz mahiyyətlərinə uyğun olaraq, görülən yaxşı işləri inkar etməyə, hər şeyi qara rəngdə göstərməyə, az qala bütün dünyanı bürümüş pandemiyanın əsas günahkarının İ.Əliyev hakimiyyəti olduğunu iddia etməyə çalışdılar. Postpandemiya dövründə iqtisadi vəziyyətin ağırlaşacağını, xalqın güzəranının son dərəcə pisləşəcəyini və müxalifətin yaranmış əlverişli vəziyyətdən yararlanmalı olduğunu iddia edənlər bu cəhdlərin xalqa xəyanət olduğunu unutmamalıdırlar. Siyasi hakimiyyət uğrunda mübarizədə fəlakətlərdən, faciələrdən mədəd umanların uğur qazanması mümkünsüzdür və müxtəlif ölkələrdə bu həqiqət dəfələrlə təsdiqini tapıb, o cümlədən Azərbaycanda da 1992-1993-cü illərdə sübut olunub. 
Düşünürəm ki, parlamentdə təmsil olunmayan siyasi partiyalarla da bu cür müzakirələr keçirilməli, dövlətçilik mövqeyində dayanan hər kəsin potensialından maksimum istifadə olunmalıdır.
Abutalıb Səmədov,
Azərbaycan Naminə Alyans partiyasının sədri /oxu.az

Siyasi       Tarix: 09 iyul 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbər ən son xəbər cəbhədən ən son xəbərlər en son xeberleri