AAYDA sədrinin köməkçisi Əvəz Zeynallının məhkəməsində İFADƏ VERDİ

AAYDA sədrinin köməkçisi Əvəz Zeynallının məhkəməsində İFADƏ VERDİBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham olunan jurnalist Əvəz Zeynallının məhkəmə iclası keçirilib.
azxeber.com Lent.az-a istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin dindirilməsi davam etdirilib.
Prosesdə şahid qismində çıxış edən Çingiz Əmirov ifadəsində göstərib ki, 2008-ci ildən bəri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) işləyir:
"2008-ci ildən agentlikdəyəm. Hazırda isə AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədovun köməkçisi vəzifəsindəyəm. İstintaqdakı ifadəmdə də göstərmişəm ki, 2021-ci ildə mühafizə zəng edib Əvəz Zeynallının idarəyə gəldiyini xəbər verdi. Əlavə etdi ki, məhkəmə ilə bağlı məsələdir. Bizim agentlikdə belə məsələlərə hüquq şöbəsindən Şahbaz Qasımov nəzarət edir. Mən də Saleh Məmmədov işdə olmadığı üçün ona yönləndirdim. Təxminən bir saat sonra Şahbaz Qasımovla əlaqə saxladım. Mənə dedi ki, Əvəz Zeynallı ilə danışdım, hər şey həll olundu. Bundan başqa heç bir şey soruşmadım".
Ç.Əmirovun sözlərinə görə, Ə.Zeynallını heç vaxt görməyib:
"Əvəz Zeynallını yalnız jurnalist kimi tanımışam. "Xural tv"də AAYDA-nın fəaliyyəti ilə bağlı narazılıqların olduğu verilişi izləmişəm. Heç vaxt şəxsi ünsiyyətim olmayıb. Əvəz Zeynallıya pul verilməsi barədə xəbəri də istintaqda öyrənmişəm.
Ç.Əmirov daha sonra Ə.Zeynallının suallarını cavablandırıb.
Ə.Zeynallının vəkili Ç.Əmirovun ifadəsinin Ş.Qasımovunku ilə eynilik təşkil etdiyini bildirib.
Ç.Əmirov isə deyib ki, Ş.Qasımovun ifadəsindən xəbəri yoxdur: "Nəyə desəniz and içərəm ki, Şahbaz Qasımovun ifadəsindən heç bir xəbərim yoxdur. Heç bura gələndə belə maraqlanmamışam. Sadəcə işdə eşidirdim ki, Ə.Zeynallı "Xural TV"də iki veriliş hazırlayıb. Həmin süjetlərdə agentliyin və Saleh Məmmədovun nüfuzuna xələl gətirən fikirlər səsləndirib".
Ə.Zeynallı isə şahidin ifadəsindən narazılıq edib:
"Nağı İsmayılov qorxusundan buraya gəlmir. Onu aldadıblar. Bir milyonluq iş üçün ona üç yüz min manat verirlər. Bunlar yalandan iki verilişə baxıb, hekayə qurub gəliblər. Mən heç kəsdən pul almamışam, agentliyə də getməmişəm".
Ə.Zeynallı istintaqın heç bir materialına inanmadığını açıqlayıb:
"Mən istintaqın heç bir materialına inanmıram. O giriş-çıxış tarixlərinin heç biri mənim üçün mötəbər deyil. Bunların hamısına azadlığa çıxanda qiymət verəcəyəm".
Təqsirləndirilən şəxs E.Şükürov söz verilmədiyi halda prokurora qarşı fikir səsləndirib.
Prokuror hakimdən E.Şükürova sakit durmasını və ona xəbərdarlıq edilməsini tələb edib.
E.Şükürov isə onun səsini kimsənin ala bilməyəcəyini, özü üçün danışdığını bildirib.
Ə.Zeynallının vəkili vəsatət qaldıraraq AAYDA-nın kamera görüntülərinin açılmasını istəyib.
Hakim müşavirə keçirərək vəkilin vəsatətini qəbul edib.
Məhkəmə iclası avqustun 18-ə təxirə salınıb.
Qeyd edək ki, Baş Prokurorluğun rəsmi məlumatına görə, Ə.Zeynallının ayrı-ayrı şəxslərə hədə-qorxu gəlməklə təkrar və külli miqdarda rüşvət almasına, habelə Elnur Şükürovla vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almalarına, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələrinə, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Ə.Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, E.Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Ə.Zeynallının səs yazısını yayaraq, onu həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək, onun ailəsindən 20 min manat rüşvət alıb.

Sosial       Tarix: 11 avqust 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat


yeni xeberler son xeberler azerbaycan xeberleri meherremlik 2026 son xabarlar cəbhədən son dəqiqə maşın realiti şou