Abdullah Gül Beynəlxalq Türk Akademiyasında - FOTO

Abdullah Gül Beynəlxalq Türk Akademiyasında - FOTOTürkiyənin 11-ci prezidenti Abdullah Gül bu gün Beynəlxalq Türk Akademiyasını ziyarət edib
Publika.az xəbər verir ki, qonağı Akademiya prezidenti Darxan Kıdırali qarşılayıb.
Qazaxıstanda işgüzar səfərdə olan Abdullah Gül təşkilatın yeni binasında yerləşən Türk Muzeyinə baş çəkib, Akademiyanın nəşr etdirdiyi əsərlərlə tanış olub.
A.Gül 2010-cu il mayın 25-də Prezident Nursultan Nazarbayevlə birlikdə Astanadakı Sülh və Barışıq Sarayında Türk Akademiyasının açılış mərasimində iştirakını məmnunluqla xatırladığını, yeni binanı ziyarət istəyinin də burdan qaynaqlandığını ifadə edib.
Türkiyənin sabiq prezidenti Akademiyanın qardaş ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsində aktiv fəaliyyətini yüksək qiymətləndirib, təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qonağa qurumun türk dünyasında təhsil və elm sahəsində əməkdaşlıq istiqamətində fəaliyyəti barədə məlumat verilib, Akademiya tərəfindən hazırlanmış dəyərli nəşrlər təqdim edilib.

Dünya       Tarix: 17 noyabr 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır

"Taliban"la Türkmənistan sərhədçiləri arasında TOQQUŞMA

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub. Bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti yazıb. Qəze

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

Qazaxıstanda GƏRGİN GECƏ: etirazçılar polisi döydülər, maşınlara OD VURDULAR - VİDEO

Almatıda Respublika meydanında etirazçılar polis əməkdaşını döyüb və hüquq-mühafizə orqanlarının əməkdaşlarının avtomobillərini yandırıblar. xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Bildirili

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb

ABŞ Rusiya ilə razılaşmaya görə BU ÖLKƏLƏRİ qurban verəcək - ŞOK İDDİA

ABŞ Rusiya ilə strateji razılaşmaya Baltikyanı ölkələri qurban verə bilər. xəbər verir ki, bu barədə amerikalı analitik Devid Payn "The National Interest" jurnalında dərc olunan məqaləsində qeyd edib. Nəşrdə eksper


son xeberler azerbaycan xeberleri yeni xeberler gunun xeberleri en son xeberler bu gun sonxeber.az bugun xeberler