ABP-də Türk Birliyi mövzusunda elmi konfrans keçirildi – FOTOLAR
Bu gün Azərbaycan Bütövlük Platformasının (ABP) "Türk Birliyi: Reallıqlar və perspektivlər" mövzusunda elmi konfransı keçirilib.
KONKRET.az xəbər verir ki, tədbiri ABP-nin sədri Bəhram İsmayılov açaraq mövzu haqqında qısa məlumat verib. İlk məruzə ilə istiqlalçı millət vəkili, VHP və DAK sədri Sabir Rüstəmxanlı çıxış edərək Türk Birliyinin tarixi kökləri, zaman-zaman bu birliyə qarşı aparılan işlər və bugünkü durum haqqında danışıb.
S.Rüstəmxanlı Altaylardan Anadoluyadək böyük bir coğrafiyada ortaq mədəniyyətə və ortaq dilə malik bu birliyin barış içində yaşamasının vacibliyini bildirib: "Bu gün dünyanın geopolitik diqtəsi daha sərt, bizim imkanlarımız isə daha genişdir. Artıq "Bir millət, iki dövlət " əvəzinə "Türk birliyi" ideyasını həyata keçirmək zamanıdır. Bu, Azərbaycanın siyasi qüvvələrinin və xalqın istəyidir".
Daha sonra çıxış edən tarixçi-alim Nəsib Nəsibli dünyanın siyasi xəritəsində türk dövlətlərinin yer almasını xüsusi tarixi fürsət kimi dəyərləndirib. Nəsib bəy Türk Birliyinin baş tutmamasının tarixi-siyasi səbəblərini, bu birliyə qarşı böyük güclərin fəaliyyətini təhlil edib: "Türk Birliyi artıq zamanın tələbidir və bu birlik 7 türk dövlətinin beynəlxalq təhlükəsizliyi üçün vacib şərtdir".
Daha sonra DAK İdarə Heyətinin üzvü, güneyli fəal Babək Muğanlı çıxış edərək, hazırda Güney Azərbaycanda baş verən olaylardan danışıb, Türk Birliyinə gedən yolda Bütöv Azərbaycan amilinin vacibliyini önə çəkib.
Tədbirdə AXP sədri Pənah Hüseyn, KXCP Ali Məclisinin sədri Gülağa Adıgözəlli, Milli Hərəkatçılar Birliyindən Ələsgər Siyablı, tarixçi-alim Gülşən Məmmədoğlu, Ümid Partiyası İcra Aparatının rəhbəri Taleh Əliyev də çıxış edərək, mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.

KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü