Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU

Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞUSüni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər.
Milli Məclisin İnsan hüquqları komitəsinin dünən keçirilən iclasında deputat Mircəlil Qasımlı da "ChatGPT"dən istifadə etdiyini bildirib və süni intellektin imkanlarından danışıb. Deputat qeyd edib ki, "ChatGBT" çox yaxşı şeydir. 
İnsan "ChatGPT" ilə ünsiyyət qurarkən verdiyi suallar onun maraqları və düşüncə tərzi barədə müəyyən təsəvvür yarada bilər.
Bəs digər deputatlar süni intellektdən istifadə edirlərmi? Onlar süni intellekt alətlərindən hansı məqsədlər üçün yararlanırlar?
azxeber.com Milli Məclisdə deputatlar arasında sorğu keçirib. Həmin sorğunu təqdim edirik:
Milli Məclisin deputatı Vüqar İskəndərov:
Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU"Süni intellekt alətlərindən zaman-zaman istifadə edirəm. ChatGPT, Gemini  kimi platformalardan yararlanıram. Bu alətlər gündəlik fəaliyyətimizdə müəyyən dəstək göstərə bilər. Amma onlardan hər gün istifadə etmirəm. Mən əsasən məlumat əldə etmək, məlumatları dəqiqləşdirmək və fikirləri redaktə etmək üçün süni intellektdən istifadə edirəm və bunun müsbət nəticələrini görürəm.
Süni intellektdə yanlış məlumatların olması da mümkündür. Buna baxmayaraq, düşünürəm ki, çox faydalı və yaxşı bir alətdir və gündəlik fəaliyyətimizdə mühüm rol oynaya bilər. Süni intellektdən istifadə artıq günümüzün tələblərindən birinə çevrilib. Dövlətlər də süni intellektlə bağlı geniş fəaliyyətə başlayıblar".
Milli Məclisin deputatı Ceyhun Məmmədov:
Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU"Süni intellekt bəşəriyyətin əldə etdiyi ən böyük uğurlardan biridir. Bu gün dünyada süni intellektə maraq artıb və daha çox insan ondan istifadə edir. Bizim ölkədə də bu istiqamətdə addımların atıldığını müşahidə edirik.
Mən hesab edirəm ki, hər bir insan müasir texnologiyalardan, avadanlıqlardan və sistemlərdən anlayışlı olmalıdır. Mən süni intellektdən istifadəyə normal yanaşıram. Amma süni intellektə tam inanmağın tərəfdarı deyiləm. Süni intellektlə müəyyən işləri görə bilərik, lakin bu, kütləvi xarakter almamalıdır.
Mən bəzən hansısa məsələləri öyrənmək və dəqiqləşdirmək üçün süni intellektə müraciət edirəm. ChatGPT, Google-un süni intellekt alətlərindən istifadə edirəm. Lakin oradan əldə olunan məlumatları yoxlamadan istifadə etmək düzgün deyil".
Milli Məclisin deputatı Pərvanə Vəliyeva:
Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU"Süni intellekt siyasətdə gələcəyin ən təsirli advokasiya vasitəsi olacaqdır. Bu təsirin mənfi və müsbət cəhətləri var. Bu gün belə milyardlarla insanın məlumat almaq üçün istifadə etdiyi vasitə olan süni intellektin hafizəsinə istənilən siyasi mövzunu lehinə və ya əleyhinə şəkildə yerləşdirərək onu manipulyasiya etmək mümkündür. Yetər ki, ona elektron, etibarlı mənbələr verək. Süni intellekt axtarış zamanı ilk növbədə etibarlı və nüfuzlu mənbələrə üstünlük verərək rəsmi internet saytlarına, rəsmi sənədlər və nəşrlərə, BMT, hökumət və digər institusional mənbələrə, etibarlı xəbər təşkilatlarına və uyğun olduqda akademik və tədqiqat mənbələrinə müraciət edir. Məsələn, son günlərdə erməni saxtalaşdırmasının "qurbanı" olan Xudavəng və Gəncəsər monastrlarının tarixi ilə bağlı erməni cəmiyyətinin sosial şəbəkələr, xüsusilə X üzərindən apardığı media propaqandasının nəticəsidir ki, "Grok" və "Claude" yanlış məlumat təqdim edir. Fikrimcə, beynəlxalq domainlə abidələrimizin rəsmi vebsaytlarını yaratmalıyıq və bunu sürətli etməliyik. Bütün kibertəhdidlərin fonunda, bu gün abidələrimizin tarixi barədə məlumatları qorumaq, gələcək nəsillərə düzgün çatdırmaq onu fiziki olaraq qorumaqdan daha vacibdir. 
Süni intellektlə bağlı müxtəlif ölkələrdən parlamentarilərlə müzakirəmiz olmuşdu. Dövlətlər artıq data suverenliyi üçün öz süni intellektlərini yaradırlar. Düşünürəm ki, qanunverici çərçivə süni intellektin imkanlarından yararlanmağı təşviq etmək üçün və eyni zamanda onun mənfi təsirlərinin qarşısını almaq üçün ən güclü vasitədir. 
Şəxsi təcrübəyə gəldikdə isə, süni intellekt məlumat almaq üçün hər zaman doğru vasitə olmaya bilər, ona birbaşa suallar vermək yerinə, onu sualla birgə doğru mənbəyə də yönləndirməliyik. Daha çox OpenAI və irihəcmli kitabları təhlil üçün Google - Gemini Notebook istifadə edirəm. 
Ölkəmizdə həm tibb, həm də kənd təsərrüfatı sahəsində tətbiq olunan süni intellektlə modelləşdirilmiş proqramların üstünlükləri ilə tanışam. Bu kimi sistemlər resurslarımızın səmərəli istifadəsi və dövlət büdcəsi xərclərinin azalmasına gətirib çıxardığı üçün təqdir edirəm".
Milli Məclisin deputatı Elman Nəsirov:
Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU"Hələ ki, süni intellektdən istifadə etmirəm". 
Şahanə Ziyad

Siyasi       Tarix: 22 sentyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Yoxsulluğa necə qalib gəlmək olar? Platonun fəlsəfəsindən "hərbi kommunizm"ə, oradan da dünya inqilabının dilinə

Bir dəfə sərvətini daim artırmağa çalışan, var-dövlət toplamaqdan ötrü narahatlıq keçirən bir insana qədim yunan filosofu Platon belə cavab vermişdi:. "Ey boş yerə çırpınan insan! Var-dövlətini artırmağa deyil, onu artırma

Azərbaycan Vətən müharibəsi dövründə mövqeyinə görə Vyetnama dərindən minnətdardır

Azərbaycan ilə Vyetnam arasında ikitərəfli dialoq ilə yanaşı, beynəlxalq platformalarda, xüsusilə BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx qarşılıqlı əlaqə qurulub. Bu sözləri Preziden

Sahibə Qafarova Türkmənistanda işgüzar səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 61-ci plenar iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfər edib. Bu barədə -a Mill

Bakı və İrəvan arasında münasibətlər... – Zaxarova

Tərəflərin müraciəti olacağı təqdirdə, Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstək göstərməyə hazırdır. KONKRET.azxəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarov

İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib. müsahibəni təqdim edir. - Hörmətli cənab Prezident, ikitərəfli əməkdaşlığın tarixində yeni mərhələnin başlanması ilə əlamətda

Ermənistanda həbsxanada ölən siyasətçi ilə bağlı mübahisə böyüyür

Ermənistan parlamentinin rəhbəri Ruben Rubinyan müxalifətçi siyasətçi Arsen Gevorqyanın həbsxanada ölümünün siyasiləşdirilməsinə qarşı çıxıb. "Armenpress"ə istinadən xəbər verir ki, Rubinyan bu barədə bu gün parlamenti

İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qonaq, ilk növbədə, Almaniya Federati

Tramp-Putin-Szinpin görüşü - Bəyannamənin tam mətni

Üçtərəfli görüşdən sonra Rusiya, Çin və ABŞ dövlət başçılarının Sülh haqqında Bəyannaməsi qəbul edilib. xəbər verir ki, Kreml bəyannamənin tam mətnini dərc edib. Bəyannamədə bildirilib ki, Rusiya Federasiyasının Prezident

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Türkiyənin Bakıdakı Səfirliyi Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib. KONKRET.azxəbər verir ki, bu barədə səfirliyin X-dəki hesabında paylaşım olunub. "Qardaş Azərbaycanı 17 Noyabr Milli Dirçəliş Gün


yeni xeberler son xeberler azerbaycan xeberleri azerbaycan son xeber bugun en sonxeber bugun xeberler kriminal bugun