ABŞ Azərbaycana 1,47 milyon dollar yardım edəcək

ABŞ Azərbaycana 1,47 milyon dollar yardım edəcəkABŞ Azərbaycana 1,47 milyon dollar yardım edəcək
ABŞ Azərbaycanda COVID-19 pandemiyasının iqtisadi təsirlərinə cavab vermək üçün əlavə 1,47 milyon dollar yardım edəcək.
ABŞ səfirliyindən Oxu.Az-a verilən məlumata görə, Azərbaycan hökumətinə məsləhət xidmətləri və kiçik və orta kənd təsərrüfatı və aqroturizm müəssisələrinə pandemiyanın yaratdığı çətinliklərin öhdəsindən gəlmək məqsədilə texniki yardım göstərmək üçün ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Şəxsi Sektor Fəaliyyətinə əlavə 1 milyon dollar ayrılacaq.
Ayrıca, Dövlət Departamentinin ayırdığı məbləğin 471 min ABŞ dolları, pandemiyadan əziyyət çəkən miqrantlar üçün sığınacaq, qida və tibbi və sosial xidmətlərdən istifadə təmin edəcəkdir.
ABŞ səfiri Li Litzenberger qeyd etdi ki: "COVID-19 pandemiyası və onun yayılmasına nəzarət səyləri ABŞ-da, Azərbaycanda və dünyada kiçik və orta biznes üçün çətinliklər yaratdı. Amerika xalqının verdiyi bu əlavə maliyyə vəsaiti Azərbaycanda kiçik və orta biznes sahiblərinə və onların işçilərinə böhrandan çıxmaqda və uğur qazanmaqda kömək edəcəkdir".
ABŞ COVID-19 pandemiyasının dərhal üzə çıxan və uzunmüddətli səhiyyə və iqtisadi təsirlərinə Azərbaycanın cavab tədbirlərini dəstəkləmək üçün artıq 5 milyon dollardan çox vəsait ayırıb. Bu vəsaitlər ölkə daxilində 3 600-dən çox ehtiyacı olan şəxsin ərzaq və gigiyena vasitələri ilə təmin olunmasına; virusun yayılmasının qarşısını almaq və ona cavab verə bilmək üçün lazımi addımlar barədə insanların maarifləndirilməsinə və yerli xəstəxanaların işinin yaxşılaşdırılmasında kömək etmək üçün Türkiyədən 19 həkimi məsləhətçi olaraq ölkəyə gətirən uğurlu REACT-C19 layihəsinə ayrılıb.
ABŞ Azərbaycanda COVID-19 pandemiyasına cavab tədbirləri üçün Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Miqrasiya Təşkilatı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və BMT Uşaq Fonduna (UNİCEF) maliyyə vəsaiti ayırıb.
COVID-19 virusunun yayılması ilə əlaqədar ABŞ bütün dünyada pandemiya ilə mübarizəyə xüsusi olaraq 20,5 milyard dollar yardım edib.

Siyasi       Tarix: 24 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun hava xeber.az bu gun xəbər az