"ABŞ Azərbaycanın ərazi bütövlüyünə sayğı göstərməlidir" - AÇIQLAMA

"ABŞ-la Azərbaycan arasında yaranan soyuq münasibətlərin əsas səbəbkarı şübhəsiz ki, Vaşinqtondur. Ağ Evin yürütdüyü siyasət nəticəsində qarşılıqlı münasibətlərin inkişafı prosesinə kifayət qədər ciddi zərbə vurulur".
KONKRET.az xəbər verir ki, bunu son günlər soyuqlaşan Azərbaycan-ABŞ münasibətlərini şərh edən politoloq Elçin Mirzəbəyli bildirib:
"Azərbaycan ABŞ-la münasibətlərə hər zaman böyük önəm verib, qarşılıqlı münasibətlərin üzərinə kölgə sala biləcək hər hansı addım atmayıb. İndiki şəraitdə Birləşmiş Ştatların yürütdüyü siyasət nə beynəlxalq hüququn prinsipləri, nə də Vaşinqtonun bundan öncə sərgilədiyi davranışlarla qətiyyən uzlaşmır. Azərbaycan qarşılıqlı münasibətlərdə özünün milli maraqlarını əsas götürən, ayrı-ayrı qütblərin qarşıdurmasında yer almayan beynəlxalq hüququn subyektlərindən biridir. Bizim ölkənin bu günə qədər atdığı bütün addımlar hüquqi müstəvidə olub. Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi istiqamətində sərgilədiyi mövqeyin təməlində məhz bu amil dayanır. Ölkəmizə qarşı bu cür davranışların hər hansı perspektivi yoxdur. Çünki mövcud şəraitdə ölkənin siyasi hakimiyyəti istisnasız olaraq Azərbaycan xalqının milli maraqlarını ifadə edir. Bu kimi məsələlərlə bağlı ölkəmizdə vahid mövqe var. Bu vahid mövqeyə qarşı sərgilənən hər hansı davranış Azərbaycan dövlətinə qarşı siyasi davranışdır. Çünki Azərbaycanın siyasi hakimiyyəti xalqın iradəsini təmsil edir. Bu iradənin öz sərhədləri çərçivəsində təşəkkül tapması istiqamətində milli maraqlara söykənən uğurlu siyasət yürüdür. Qənaətimə görə, artıq ABŞ-da Bayden hakimiyyətə gəldikdən sonra kifayət qədər ciddi yanlışlıqlar nəzərə çarpır. Belə yanlışlıqlar da Vaşinqtonun ənənəvi tərəfdaşları ilə münasibətlərinə ciddi xələl gətirilməsinə zəmin yaradır. Bu amillər Bayden administrasiyası tərəfindən qismən də olsa nəzərə alına bilər. Hər halda münasibətlərin yumşalmasına xidmət edən bəzi addımlar atılır. Əgər Azərbaycanın suverenliyinə sayğı nümayiş etdiriləcəksə, ölkənin daxili işlərinə qarışılmayacaqsa, şübhəsiz ki, Azərbaycan hər zaman əməkdaşlığa hazırdır. Ölkəmiz qarşılıqlı-faydalı əməkdaşlığın tərəfdarı kimi çıxış edən bir dövlət olaraq bu prosesin davamlı və aktiv iştirakçısına çevriləcək".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 28 noyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun cəbhədən ən son xəbər cəbhədən son xeber krimnal bugun