ABŞ Çinlə ticarət sazişinin imzalanması üçün alternativ yer axtarır
Ağ Ev Çinlə ticarət sazişinin ilk hissəsinin imzalanması üçün alternativ yer axtarır.
Publika.az xəbər verir ki, bu haqda ABŞ Prezidenti Donald Tramp tvitter səhifəsində yazıb.
"Bizdən asılı olmayan səbəblərə görə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq forumunun Çilidə keçirilən sammiti təxirə salındıqdan sonra Çin və ABŞ ticarət sazişinin ilk hissəsinin imzalanması üçün yeni yerin axtarışları üzərində işləyir. Yeni yer yaxın zamanlarda elan ediləcək. Çin lideri Si Cinpin və Prezident Donald Tramp sazişi imzalayacaq", - deyə ABŞ lideri yazıb.
Qeyd edək ki, son günlər Çilidə kütləvi etiraz aksiyaları keçirilir. Aksiyalar əksər hallarda iğtişaşlarla müşayiət olunur. Ölkədə fövqəladə vəziyyət və komendant saatı rejimi tətbiq olunub. Yaranmış vəziyyətlə əlaqədar Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq forumunun Santyaqoda keçirilməsi nəzərdə tutulan sammiti ləğv edilib. /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək