ABŞ "Conti" haker qrupu barədə məlumat üçün 15 milyon dollar vəd edib
ABŞ hakimiyyəti Qərbin rəqəmsal infrastrukturuna qarşı bir sıra miqyaslı hücumlarda şübhəli bilinən "Conti" haker qrupu haqqında informasiya üçün 15 milyon dollar mükafat təyin edib.
KONKRET.az "The Times" nəşrinə istinadla xəbər verir ki, 15 milyon dollar "Conti" üzvlərinin aşkarlanmasına və həbsinə imkan verəcək məlumat üçün nəzərdə tutulub. Bundan başqa, daha 5 milyon dollar hakerlərlə əməkdaşlıq edənlər haqda informasiya verən şəxslərə ödəniləcək.
Qəzetin məlumatına görə, Sankt-Peterburq şəhərində yerləşən qruplaşma barədə üç ölkənin – İrlandiya, Böyük Britaniya və ABŞ-ın müvafiq orqanları tərəfindən təhqiqat başlayıb. "Conti" üzvləri İrlandiyanın Milli Səhiyyə Xidmətinə, Böyük Britaniyanın "Graff" zərgərlik evinə və Kosta-Rikanın vergi xidmətinə qarşı kiber hücumlarda şübhəli bilinirlər.//AZƏRTAC
Xidmetler [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?