Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir
ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir.
KONKRET.az xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsində "Deutsche Welle"yə açıqlamasında bildirib.
"Mesajım belədir: hazırda diktatorlarla ticarət etməyin vaxtı deyil", – deyə Tixanovskaya bildirib.
O, ABŞ Prezidenti Donald Tramp administrasiyasının Lukaşenkoya "həddindən artıq güzəştlər" etmədən Belarusdakı bütün siyasi məhbusların azad edilməsinə nail olacağına ümid etdiyini söyləyib. Daha əvvəl ABŞ prezidenti Belarusdan gübrə alınacağını açıqlamışdı.
"Humanitar istiqamətin siyasi müstəviyə keçməsinə, Lukaşenkonun Belarus prezidenti kimi tanınmasına yol vermək olmaz. Çünki Belarus xalqı onu dəstəkləmir. Hazırda Lukaşenko ilə dialoqa başlamağın vaxtı deyil, çünki o, beynəlxalq aləmdə təcrid olunub. O, yalnız öz xalqını repressiyalara məruz qoymur, həm də Rusiyaya Ukraynaya qarşı müharibədə yardım edir", – Tixanovskaya deyib.
Tixanovskaya ABŞ prezidentinin xüsusi nümayəndəsi Con Koula daha 25 Belarus siyasi məhbusunun azad edilməsində göstərdiyi səylərə görə təşəkkür edib.
O vurğulayıb ki, bugünkü Belarusdakı vəziyyət Rusiya-Ukrayna müharibəsi ilə yanaşı, bütün regionun təhlükəsizliyi məsələsidir.
"Biz demokratik dünyanı və ayrı-ayrı ölkələri regionumuza diqqət yetirməyə çağırırıq. Ukraynaya müharibədə qələbə qazanması üçün lazım olan hər şeyi təqdim etməklə yanaşı, Belarusun da gözdən kənarda qalmaması vacibdir. Ukrayna böhranını həll edərkən, xahiş edirik, Belarus amilini də nəzərə alın. Ölkəmizin müstəqilliyini itirməsinə yol verə bilmərik. Lukaşenko suverenliyimizi Rusiyaya satır və biz Belarusu xilas etməliyik", – deyə o bildirib.
Sentyabrın 21-də Donald Tramp Belarusla kalium gübrəsinin (potasium karbonat) alınması ilə bağlı genişmiqyaslı razılaşmanın hazırlandığını açıqlayıb. Prezidentin sözlərinə görə, razılaşma çərçivəsində qiymət ABŞ-ın Kanadaya ödədiyindən xeyli aşağı olacaq.
Tramp hazırlanmaqda olan sazişi amerikalı fermerlər və heyvandarlıq təsərrüfatları üçün "əla xəbər" adlandırıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Neft həftəni bu qiymətlə başladı
Hakan Çalhanoğlunun gələcəyi bəlli olur
"Biz onda "Qarabağ"ı belə qəbul etməmişdik" - Tahir Gözəl
"Turan Tovuz" – "Fənərbağça" oyununun vaxtı açıqlandı
Salyanda kişini maşın vurdu - Yerindəcə öldü
Türkiyədə silahlı atışma: ölənlər var
Bakıda restoranda meyit tapıldı
Şuşanın işğalı ilə bağlı maraqlı iddia: Türkiyə nə edib? – FOTO
Bakının bu ərazisində 52 qəzalı bina söküləcək
Dörd ölkə, on istiqamət: AZAL-ın genişlənən Mərkəzi Asiya şəbəkəsi
Formula-1'lə bağlı mühüm dəyişikliklər
Tacir Şahmalıoğlu əməliyyat olundu
Daşlara həkk olunan tarix: Alban irsi üzərində mübarizə
Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir