ABŞ-da Çin dronlarının istifadəsi qadağan edildi
ABŞ-ın Daxili İşlər Nazirliyi Çin istehsalı pilotsuz aparatların təbii ehtiyatların mühafizəsi sahəsində istifadəsini müvəqqəti qadağan edib.
Publika.az xəbər verir ki, "The Wall Street Journal" nəşri nazirliyin nümayəndəsi Nik Qudvinə istinadla yazıb ki, bu qadağa dronların ölkənin təhlükəsizliyi üçün risk ehtimalının tam yoxlanılmasından sonra aradan qaldırıla bilər.
Qəzetin məlumatına görə, Amerika rəsmiləri Çin istehsalı olan pilotsuz aparatların infrastruktura zərər verəcəyindən narahatdırlar. Bundan başqa, dronların topladığı informasiyaların Çin hakimiyyəti, habelə hakerlər tərəfindən ələ keçiriləcəyi ehtimalı da araşdırılacaq. Qeyd olunur ki, ABŞ DİN federal strukturlar arasında ən böyük dron donanmasına malikdir. Belə ki, onun sərəncamında olan 800-dən çox pilotsuz aparatdan meşə yanğınları, hidrotexniki qurğuların yoxlanılması, torpağın eroziyasına nəzarət sahələrində istifadə olunur.
Bu ilin sentyabrında Çində və hər hansı digər ölkədə istehsal olunmuş pilotsuz aparatların satın alınmasına qadağa qoyulmasına dair qanun layihəsi ABŞ Konqresinin müzakirəsinə təqdim edilib. /publika.az

Metroda dəhşətli anlar - Azyaşlı uşaq yıxıldı
Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirdi - FOTOLAR
Türkiyənin 54 vilayətində əməliyyat keçirilib, 258 nəfər saxlanılıb
İçərisində 189 nəfər olan təyyarə qəza siqnalından sonra radardan itdi
Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO
ABŞ-İran anlaşması: Hər iki ölkə ilk bu addımları atacaq
Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub – İlham Əliyev
DÇ-2026: Kanadadan 6 qollu qələbə
Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları
Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"
İlham Əliyev: Azərbaycanda süni intellektin məsuliyyətli tətbiqi üçün mühüm addımlar atılır
Azərbaycanlı gənc Qara dənizdə boğuldu
Prezident Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
Məşhur aktyor həyat yoldaşı ilə YANARAQ ÖLDÜLƏR
Məşhur futbolçu Elburus İsmayılov VƏFAT ETDİ