ABŞ-da dərc olunan nəşrdə Ermənistan tərəfindən satın alınmış alman deputatların adları açıqlanıb - SİYAHI

ABŞ-da dərc olunan nəşrdə Ermənistan tərəfindən satın alınmış alman deputatların adları açıqlanıb - SİYAHIABŞ-da dərc olunan nəşrdə Ermənistan tərəfindən satın alınmış alman deputatların adları açıqlanıb - SİYAHI
ABŞ-ın nüfuzlu "The USA Tribune" nəşri Ermənistan dövlətindən və erməni lobbisindən rüşvət alan alman deputatların adlarını açıqlayıb.
Trend xəbər verir ki, qalmaqallı siyahıda neo-nasistlərin, irqçilərin, pedofillərin və təcavüzkarların adları yer alıb.
Nəşrdə qeyd olunur ki, Azərbaycan ordusu 2020-ci ilin payız ayında 1993-cü ildə Ermənistan tərəfindən işğal olunan əraziləri uğurlu hərbi əməliyyatlar nəticəsində işğaldan azad etdi:
"Bu müharibələrdən əvvəl dünyanın qeyri-sabit bölgələrindəki separatçı hərəkatlar, sözdə separatçılığın "paytaxtları" olaraq ortaya çıxaraq Avropa qanunvericilərinə rüşvət verməklə "seçkilərdə" varlıqlarını "qanuniləşdirdi".
Məqalədə qeyd olunur ki, 2020-ci ilin payızına qədər Almaniya erməni lobbi təşkilatlarının korrupsioner millət vəkillərini ələ almağa çalışdığı əsas ölkələrdən biri idi:
"Məsələn, ultra-sağçı "Almaniya üçün Alternativ" partiyasının bir neçə üzvü 1992-ci ildən başlayaraq Ermənistanın Qarabağdakı xunta rejimini dəstəkləyirdi".
Yazıda 2017-ci ildən başlayaraq "Almaniya üçün Alternativ" və Bundestaqın Avropa Parlamentində təmsil olunan deputatların Azərbaycanın əvvəllər işğal altında olan ərazilərinə bir neçə dəfə qanunsuz səfər etdiyi vurğulanır.
"The USA Tribune" nəşri yazır ki, "Almaniya üçün Alternativ" islamofob, antisemit, irqçi, anti-demokratik, Avropa dəyərlərinə zidd olan siyasi qüvvədir və ekstremist meyllərinə görə Almaniya kəşfiyyatı tərəfindən izlənilir.
Almaniyadakı bütün digər siyasi partiyalar, federal hökumət, əyalət hökumətləri, bu partiya ilə hər hansı bir əməkdaşlıq etməkdən, koalisiya yaratmaqdan imtina edirlər.
"Almaniya üçün Alternativ" partiyasının üzvləri Ermənistan və postsovet məkanındakı digər ərazi münaqişələri nəticəsində yaranan separatçı rejimlərlə sıx əməkdaşlıq edir və tez-tez separatçı bölgələrə səfər edirlər.
"The USA Tribune" nəşri "Almaniya üçün Alternativ" partiyasının Ermənistanla sıx əməkdaşlıq edən üzvlərinin adlarını dərc edib:
1.Stefan Koyter,
2.Andreas Kalbis,
3.Şteffen Kotraya,
4.Andreas Qalau
5.Lars Patrick Berq,
6.Enriko Komninq,
7.Xolqer Arpp,
8.Tomas Rudi,
9.Manuel Oksenrayte,
10.Sevim Daqdelen,
11.Qreqor Qizi,
12.Ulla Djelpke,
13.Albert Veyler,
14.Manfred Qrund,
15.Till Mansmann,
16. Cem Özdemir,
17. Martin Sonneborn,
18. Qünter Pilarski,
19. Stiven Brayan Fera,
20. Otto Luxterxandt,
21.Tessa Hofmann /oxu.az

Siyasi       Tarix: 04 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber.az 2026 son xeberler bu gun ən son xəbər ən son xəbərlər