"ABŞ-da erməni uşaqlar terrorçu Monte Melkonyan adına məktəbə gedirlər, nişan taxırlar" - SƏFİRLƏ MÜSAHİBƏ

"ABŞ-da erməni uşaqlar terrorçu Monte Melkonyan adına məktəbə gedirlər, nişan taxırlar" - SƏFİRLƏ MÜSAHİBƏ"ABŞ-da erməni uşaqlar terrorçu Monte Melkonyan adına məktəbə gedirlər, nişan taxırlar" - SƏFİRLƏ MÜSAHİBƏ
 "ABŞ-ın Azərbaycan icması ədalətli fikrini ifadə etdi. Hər kəs bu aksiyaların necə mədəni olduğunu gördü. ABŞ azərbaycanlıları Ermənistanın təcavüzkar siyasəti ilə əlaqədar etirazlarını güc tətbiq etmədən bildirdilər. Aksiyalara qoşulan etnik türklərə, eləcə də, Azərbaycan cəmiyyətinə çox təşəkkür edirəm. Bu, Vətənə bağlılığın təzahürü idi".
Bunu Media.Az-a müsahibəsində Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov deyib.
Azərbaycanlı diplomatın sözlərinə görə, insanlar son vaxtlar Ermənistanın Azərbaycanla sərhəddə təcavüzündən narahat olduqlarını dilə gətirirlər:
"Biz cəmiyyətimizin aydın təşkilatçılığının şahidi olduq, bu, çox vacibdir. Başqa bir məqam. Digər məsələyə gəldikdə, diqqət yetirin, azərbaycanlılar Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında aksiya təşkil etdilər, ermənilər isə 30-a yaxın adamla toplaşaraq, Azərbaycanın diplomatik nümayəndəliyi qarşısında aksiya keçirməyə çalışdılar.
Təxribatçı ifadələr səsləndirildi. Azərbaycanlılar daha çox - təqribən 200 nəfər idi. Ancaq erməniləri heç kim təhdid etmirdi".
Müsahibimiz Los-Ancelesdə və digər şəhərlərdə baş verənlərə diqqət yetirməyə çağırır.
"Erməni radikalları toplaşaraq, soydaşlarımızı vəhşicəsinə döydülər. Bu qəzəb doğurmaya bilməz. Səfirliyə giriləcəyi də daxil olmaqla, təhdidlər alırıq. Los-Ancelesdəki Baş Konsulluğumuza da eyni təhdidlər edilir. Mənə elə gəlir ki, ABŞ tərəfi Vyana Konvensiyasını nəzərə alaraq, buna daha diqqətlə yanaşmalıdır, çünki onu qəbul edən dövlətdir", - Elin Süleymanov qeyd edir.
- ABŞ-da söz azadlığından danışırlar...
- Bir şəxs bəzi xuliqan dəstəsi tərəfindən döyüləcəyindən qorxaraq küçəyə çıxa bilmirsə, bu normaldır? İnsanlar xəstəxanalara düşürsə, hansı sərbəst toplaşmaq azadlığından danışa bilərik?
Erməni radikalları tərəfindən görünməmiş bir təcavüzlə qarşılaşırıq. Bu da başadüşüləndir. Təsəvvür edin, şagirdlər terrorçu Monte Melkonyanın adını daşıyan məktəbə gedirlər. Onlar böyüyüb kim olacaqlar? İnsanlar nişan taxırlar, nasist ortağı Qaregin Nidjenin davamçıları olduqlarını iddia edirlər... ABŞ-da - Los-Ancelesdə erməni terrorçuların türk diplomatlarını öldürdüklərini unutmaq olmaz.
Bir sualım var: Ermənistan, doğrudan da, özünü təcridetmə, özünü məhv etmək kursunu davam etdirmək istəyir? Faşist ideyalarının hakim olduğu bir cəmiyyət olaraq qalmaq istəyir? Söhbət yalnız Ermənistanın xarici təcavüzündən getmir. Biz onların öz vətəndaşlarını, siyasətçilərinı və millət vəkillərini güllələyəndə ölkə daxilindəki zorakılığı da gördük. Ermənilərin özləri bu barədə düşünməlidirlər.
Los-Ancelesdəki hadisələrə qayıdaraq, nəinki soydaşlarımızın, eyni zamanda, amerikalı polisin ermənilərin aqressiv hərəkətləri nəticəsində zərər çəkdiyini qeyd etmək istərdim. Qeyd edim ki, bununla bağlı cinayət işi başlanıb.
Cəmiyyətimiz, səfirliyimiz və Los-Ancelesdəki baş konsulluğumuz hüquq-mühafizə orqanlarının əməkdaşları ilə fəal əlaqə qurur, ABŞ-da yaşayan adi azərbaycanlıların və diplomatik korpusun nümayəndələrinin təhdid altında olduğunu bildiririk.
Soydaşlarımızı erməni tərəfinin təxribatlarına uymamağa çağıran Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya çox minnətdaram. Bu, çox vacib və vaxtında alınmış qərar idi. Bu gün Azərbaycana qarşı informasiya müharibəsi aparılır. Bu hər kəsə aydındır, maskalar yırtılıb. İnformasiya müharibəsi şəraitində Mehriban xanımın müraciətinin əvəzi ödənilməzdir.
- Bir gün əvvəl Ermənistan tərəfi ABŞ-ın Texas ştatında bir sıra kütləvi aksiyalar barədə anons etdi. Sonra məlum oldu ki, aksiya baş tutub, amma heç kim bunun fərqinə varmayıb...
- Hyustonda kiçik bir aksiya oldu, ancaq düzgün qeyd etdiyiniz kimi, heç kim bundan xəbər tutmadı. Hyuston Bakının əkiz şəhəridir. Orada çox güclü Azərbaycan icması var. Lakin ABŞ-ın bütün şəhərlərindəki yerli hakimiyyət orqanları çox diqqətli olmalıdırlar.
Bizim üçün əsas prioritet həmvətənlərimizin həyatını və sağlamlığını qorumaqdır.
Azərbaycanlılar təxribatlara uymamalıdırlar. Ermənilər isə sakitləşməlidirlər. Aqressiya dalğasına özləri başladılar və buna özləri son qoymalıdırlar. ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşlarının ölkədəki bütün çətinliklərə rəğmən, reaksiyası qəti və sürətli olmalıdır. /oxu.az

Siyasi       Tarix: 08 avqust 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət


yeni xeberler azerbaycan xeberleri son xeberler xankendi qurban bayrami 2026 maşın realiti şou xeber az