Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb.
azxeber.com xəbər verir ki, görüşdə kardinal Corc Ceykob Kuvakad Azərbaycana səfərini və ona göstərilən qonaqpərvərliyi məmnunluqla xatırlayıb. O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini bildirib, səfər zamanı keçirdiyi görüşlərin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Kardinal vurğulayıb ki, dünyada müharibə, zorakılıq və nifrət mesajlarının yayıldığı bir dövrdə Azərbaycandakı dinlərarası həmrəylik və sülh modeli bütün beynəlxalq ictimaiyyət üçün böyük mesajdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dünyada cərəyan edən mürəkkəb proseslər fonunda tərəflərin bir-birinə dəstək olmasının, səylərin birləşdirilməsinin, mədəniyyət, din, həmçinin insani dəyərlər ətrafında müzakirələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələr, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə imzalanmış Anlaşma Memorandumu çərçivəsində gələcək birgə proqramlar ətrafında fikir mübadiləsi aparılıb.




Turlar.az [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı