ABŞ-da rusiyalı milyarder Kərimovun həbs qoyulan yaxtasından "Faberje yumurtası" tapılıb - FOTO
ABŞ-da rusiyalı milyarder Kərimovun həbs qoyulan yaxtasından "Faberje yumurtası" tapılıb - FOTO
ABŞ-da rusiyalı biznesmenin həbs edilən yaxtasında dəyəri milyonlarla dollar olan "Faberje yumurtası"na bənzəyən əşya tapılıb.
Bu barədə ABŞ-ın baş prokuroru, ədliyyə nazirinin birinci müavini Liza Monako deyib.
"Biz (həbs edilmiş yaxtalarda), həqiqətən, maraqlı şeylər tapırıq. Onlardan birində "Faberje yumurtası"... tapdıq. Beləliklə, getdikcə daha maraqlı olur", - deyə Monako bildirib.
O, sözügedən yaxtanın adını açıqlamayıb, lakin qeyd edib ki, iyun ayında Ficidən gələn gəmi hazırda San-Diyeqo körfəzində lövbər atıb.
Qeyd edək ki, iyunun 7-də Fici Ali Məhkəməsi Vaşinqtonun tələbi ilə saxlanılan "Amadea" superyaxtasını adadan çıxarmağa icazə verib. Keçən ayın sonunda isə o, San-Diyeqoya aparılıb. ABŞ səlahiyyətliləri gəminin sanksiyaya məruz qalmış rusiyalı milyarder Süleyman Kərimova məxsus olduğunu güman edirlər.
Monako bildirib ki, tapılan yumurtanın orijinallığı təsdiqlənərsə, onun dəyəri milyonlarla dollar ola bilər.
Qeyd edək ki, "Faberje yumurtası" - 1885-1917-ci illər ərəfəsində Faberje Evi tərəfindən Rusiya çarları üçün hazırlanan silsilə zərgərlik məmulatıdır. Bu dəyərli əşyanın 71 nüsxəsi məlumdur, onlardan 54-ü imperator ailəsi üçün olub (bu gün onlardan 48-i qalıb).
Mənbə: The Guardian
Xidmetler [newsid: 0-123300]

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
İsraildən ŞOK HƏDƏ: "Tehranı azad edəcəyik"
Kreml nöqtəni qoydu: "Qara dənizdəki gəmilər məhv ediləcək"