ABŞ-da toplanmış DNT ilə biomüharibə qorxusu
Müxtəlif DNT test xidmətləri tərəfindən toplanan bionümunələr xüsusi qrupları hədəf almaq üçün bioloji silahların hazırlanmasında istifadə oluna bilər.
KONKRTET.azxarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin üzvü Ceyson Krou cümə günü Koloradoda verdiyi açıqlamada bildirib:
"Hazırda inkişaf mərhələsində olan silahlar var ki, onlar konkret insanları hədəfə almaq üçün nəzərdə tutulub. Bu təhlükəni nəzərə alaraq son 20 ildə şəxsi məlumatların məxfiliyinə dair gözləntilərin azalması narahatedicidir. Gənclər DNT məlumatlarını asanlıqla özəl şirkətlərə təhvil verirlər".
O əlavə edib ki, ABŞ şəxsi sağlamlıq məlumatlarının, o cümlədən DNT-nin qorunması üçün yeni qanunlar qəbul edəcək.
Bu ilin əvvəlində ABŞ-Çin İqtisadiyyat və Təhlükəsizliyə Nəzarət Komissiyasının hesabatında bildirilib ki, Çin bir gün Amerikanın geni dəyişdirilmiş məhsullarına qarşı bioloji müharibəyə başlayacaq:
"Çinin ABŞ-dan GM toxumu əldə etməkdə əsas marağı kənd təsərrüfatında məhsuldarlığı artırmaq olsa da, Pekin bu toxumların kodunu asanlıqla sındıra və Amerika məhsullarını məhv edə biləcək zərərvericilər yaradaraq bioloji müharibə apara bilər".
İqbal Rzayev,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?