ABŞ-dan Türkiyə ilə bağlı SÜRPRİZ SANKSİYA ÇIXIŞI: Ankaranın hərbi qüvvəsinin sirri
ABŞ-ın "Defence News" nəşri Türkiyənin müdafiə sənayesinə qarşı tətbiq olunan sanksiyalara əhəmiyyət vermədiyini bildirib.
Publika.az xəbər verir ki, dərgi məsələ ilə bağlı geniş analiz yayımlayıb.
Analizə əsasən, Türkiyənin alternativləri var və bir çox silahı da özü istehsal edə bilir. Buna görə də bir çox ölkənin rəsmi Ankaraya sanksiya tətbiq etməsi heç bir işə yaramayacaq.
"Aralarında Fransa, İsveç, Çexiya, Norveç, Hollandiya, Finlandiya, İspaniya və Almaniyanın da olduğu NATO üzvü olan bəzi ölkələr Türkiyənin "Barış Pınarı" əməliyyatına reaksiya olaraq ölkəyə silah satışını dayandırdı. Lakin Türkiyə əməliyyat üçün lazım olan silah və sursatları özü istehsal edir.
Rəsmilər sanksiyaların Türkiyənin hərbi potensialına minimum təsir göstərəcəyini ifadə edərək embarqoya fikir vermirlər. Onlar yerli istehsalın ordunun 70% ehtiyaclarını qarşıladığını bildirir. Müdafiə sənayesi analitikləri Ukrayna, Belarus, Pakistan, Cənubi Koreya və Çini alternativ bazar olaraq təqdim edir və xüsusilə, Rusiyanın bir NATO üzvünə istədiyi hər şeyi satmaq istəyəcəyini vurğulayır".
Zümrüd /publika.az

Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz
Madrid debisində "Atletiko" "Real"a qalib gəlib