ABŞ-dan Türkiyə-Rusiya razılaşmasına dair İLK AÇIQLAMA
ABŞ NATO müttəfiqi olduğu Türkiyədən Rusiya ilə arasında imzalanan atəşkəs razılaşmasının detallarını bölüşməsini gözləyir.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında deyilir.
"Bu gün İdlibdə təhlükəli vəziyyətin aradan qaldırılmasına, Əsəd rejimi, Rusiya, İran və "Hizbullah" qüvvələri tərəfindən dinc sakinlərin yaşadığı bölgələrə təşkil olunan hücumlardan sonra ortaya çıxan humanitar fəlakəti yüngülləşdirəcəyini ümid etdiyimiz türk-rus atəşkəsini dəstəkləyirik. Artıq ən əhəmiyyətli hissə Əsəd və dəstəkçilərinin daimi atəşkəsin proqnozlaşdırıldığı bu razılaşmaya sadiq qalıb-qalmayacağıdır", - açıqlamada bildirilib.
Qeyd olunub ki, Suriyadakı münaqişəyə son qoymağın yeganə üsulu ölkə miqyasında atəşkəsin təmin olunması və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsində siyasi həll yolunun tapılmasıdır.
Xatırladaq ki, sözügedən atəşkəs razılaşması ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında imzalanıb.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək