ABŞ-də 20 Yanvar qurbanlarına həsr olunan sənədli film nümayiş edilib

ABŞ-də 20 Yanvar qurbanlarına həsr olunan sənədli film nümayiş edilibABŞ-nin Nyu-York şəhərində yeni fəaliyyətə başlamış Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təşkilatçılığı ilə 20 yanvar faciəsinin qurbanlarına həsr olunan və azərbaycanlı rejissor Azim Sadıqovun ərsəyə gətirdiyi "Qanlı Qərənfillər" sənədli filmi nümayiş olunub.
azxeber.com xəbər verir ki, gecədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin diplomatları, ABŞ-də fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, diaspor fəalları, yerli ictimaiyyətin nümayəndələri, Nyu-York, o cümlədən ətraf şəhər və ştatlarda yaşayan həmvətənlərimiz iştirak ediblər.
ABŞ-də təhsil alan azərbaycanlı tələbə Leyla Aslanovanın moderatorluğu ilə baş tutan gecədə Azərbaycanın və ABŞ-nin dövlət himnləri səsləndirilib və 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təsisçisi, ABŞ-də yaşayan azərbaycanlı idmançı, dünya və Avropa çempionu Elgün Xanoğlanlı bildirib ki, 20 Yanvar hadisələri, həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
O deyib ki, hansı ölkədə yaşamaqlarından asılı olmayaraq, azərbaycanlı gənclər 20 yanvar faciəsini heç vaxt unutdurmayacaqlar.
Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin birinci katibi Cavid İsmayılov isə söyləyib ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, həm də Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür:
"Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. O gündən keçən müddət ərzində ölkəmiz tamamilə yeni mərhələyə qədəm qoydu. Xalqımız öz cəsarətini, mərdliyini, qəhrəmanlığını, torpaqlarımızın hər qarışı uğrunda canını qurban verməyə hazır olduğunu yenidən nümayiş etdirdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun gücü, qüdrəti sayəsində 44 gün ərzində ölkəmiz tarixi ədaləti bərpa etdi".
Bundan başqa, tədbirdə Azərbaycan-Amerika Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabova, Azərbaycan-Amerika Gənclər Federasiyasının sədri, Kolumbiya Universitetinin tələbəsi Günay Məmmədova, Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının vitse-prezidenti Esmira Əsgərova, Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının üzvi Mehriban Nəsibova çıxış ediblər.
Gecədə 20 Yanvar faciəsi ilə bağlı tarixi faktlardan bəhs olunub, qanlı yanvarın Azərbaycan tarixində və bütövlükdə XX əsrdə baş vermiş faciələr içərisində xüsusi amansızlıqla ilə seçildiyi qeyd edilib. Bildirilib ki, üzərindən 34 il keçməsinə baxmayaraq, 20 Yanvar hadisələrinə beynəlxalq hüquqi qiymət verilməyib və bu cinayəti törədənlər cəzalandırılmayıb.
Daha sonra rejissor Ə.Sadıqovun "Qanlı Qərənfillər" filmi nümayiş olunub.
Filmin prodüseri Sima Sadıqova atasının kamera ilə lentə aldığı orijinal görüntülərin tarixi faktlar olduğunu və yaşanan cinayətlərin dünyaya tanıdılması üçün filmin ABŞ ictimaiyyətinə təqdimatının vacibliyini vurğulayıb.
Gecənin sonunda Dressden simfonik orkestrının solisti və Norveç Musiqiçilər Birliyinin üzvü, kamança ifaçısı Şəbnəm Hüseyn "20 Yanvar Şəhidlərinin xatirəsinə ithaf" adlı konsert proqramı ilə çıxış edib. Sənətçi bəstəkarlar Hacı Xanməmmədovun "Kamança və simfonik orkestri üçün konserti" və Fikrət Əmirovun "Mən səni araram" əsərlərini ifa edib.
ABŞ-də 20 Yanvar qurbanlarına həsr olunan sənədli film nümayiş edilibABŞ-də 20 Yanvar qurbanlarına həsr olunan sənədli film nümayiş edilibABŞ-də 20 Yanvar qurbanlarına həsr olunan sənədli film nümayiş edilibABŞ-də 20 Yanvar qurbanlarına həsr olunan sənədli film nümayiş edilibABŞ-də 20 Yanvar qurbanlarına həsr olunan sənədli film nümayiş edilibABŞ-də 20 Yanvar qurbanlarına həsr olunan sənədli film nümayiş edilibABŞ-də 20 Yanvar qurbanlarına həsr olunan sənədli film nümayiş edilibABŞ-də 20 Yanvar qurbanlarına həsr olunan sənədli film nümayiş edilib

Sosial       Tarix: 21 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal son xeberler az sonxeberler